Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Azərbaycan və Ermənistan dövlət sərhədində monitorinq keçirildi

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçiriblər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Joviç aparıblar.

AzNews.az