Azərbaycan Uruqvaya nota verdi

Azərbaycan səfirinin ən qısa zamanda Uruqvay Xarici İşlər Nazirliyində görüşünün keçirilməsi nəzərdə tutulub.

Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” Masis Mailyanın Uruqvaya getdiyi və orada “görüşlər” keçirdiyi barədə yayılan məlumatlar münasibət bildirib.

Nazirlikdən verilən məlumata görə, sözügedən şəxs Uruqvayda yaşayan erməni icmasının dəvəti ilə sözdə “erməni soyqırımı” tədbirlərində iştirak etmək üçün bu ölkəyə səfər edib. Qanunsuz rejimin qondarma “nümayəndəsi” Uruqvay hökumətinin heç bir nümayəndəsi tərəfindən qəbul edilməyib. Uruqvay senatının sədri Lusia Topolanski ilə görüşə gəldikdə isə onun parlamentdə qondarma “erməni soyqırımı” bağlı keçirilən tədbirdə iştirak etdiyini bildirmək istərdik. Həmin tədbir zamanı Uruqvay erməni icmasının digər nümayəndələri ilə görüşdə M.Mailyan da iştirak edib.

Eyni zamanda məsələ ilə əlaqədar Azərbaycanın Argentinadakı səfirliyi Uruqvay Xarici İşlər Nazirliyinə Azərbaycan tərəfinin etirazını özündə əks etdirən nota təqdim edib. Uruqvay XİN cavabında bu məsələdə Uruqvay hökumətinin rəsmi mövqeyinin fundamental və dəyişilməz olduğunu vurğulayıb. Azərbaycan səfirinin ən qısa zamanda Uruqvay Xarici İşlər Nazirliyində görüşünün keçirilməsi nəzərdə tutulub.

AzNews.az