Ermənistan anlamalıdır ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verməyəcək Ermənistan anlamalıdır ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verməyəcək

Qarabağ danışıqlarında Amerika “mərhələsi” – gözlənti

Ermənistan anlamalıdır ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verməyəcək

Son zamanlar Qarabağ danışıqlarında “ABŞ mərhələsi”nin başladığı haqda fikirlər səslənməyə başlayıb. Belə mülahizələr üçün əsas isə ABŞ dövlət katibi Mayk Pompeonun az öncə Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünü Vaşinqtonda təşkil eləməklə bağlı verdiyi təklifdir. Bəzi iddialara görə, ABŞ iki ölkə rəhbərinin növbəti görüşü üçün də ev sahibliyi edə bilər.

Bəs Dağlıq Qarabağ problemi ətrafında bu kimi gəlişmələr konfliktin həlli prosesini dalandan çıxarmaq baxımından nə vəd edir, Qarabağ nizamlanmasnda yaxın zamanlarda müsbətə doğru ciddi dönüşün şahidi ola bilərikmi? Siyasi təhlilçilərin bu yöndə təxmin və ehtimalları hələlik böyük nikbinliyə zəmin yaratmır.

*****

“Dağlıq Qarabağ probleminin nizamlanması üzrə iki əsas məsələ - İrəvanın timsalında müqəddəratı təyinetmə, Bakının timsalında isə sərhədlərin toxunulması və suverenlik planında heç bir dəyişiklik yoxdur. Bu da hazırkı dalandan çıxmağa imkan vermir. Üstəlik, çətin ki, yaxın zamanlarda belə bir dəyişiklik baş versin”.

Bu fikri tanınmış amerikalı politoloq, ABŞ Dövlət Departamentinin keçmiş xüsusi məsləhətçisi, SSRİ xalqları üzrə ekspert və Vaşinqtondakı Dünya Siyasəti İnstitutunun professoru Pol Qobl 1in.am erməni portalına müsahibəsində deyib.

Bununla belə, politoloqa görə, bu, o demək deyil ki, müzakirə prosesində bəzi ikinci dərəcəli problemlər həll edilə bilməz. “Məsələn, humanitar məsələlər. Ancaq bu tip məsələlərdə müəyyən inkişafın başqa, daha vacib istiqamətlər üzrə də inkişafa gətirəcəyini düşünmək də yanlış olardı. Adətən diplomatlar öz işlərini görmək üçün nikbin olmaq zorundadırlar, analitiklər isə yox”, - deyə ekspert qeyd edib.

Amerikalı analitik son vaxtlar Qarabağ nizamlanması üçün hanısısa “Lavrov planı”nın stol üzərində olması barədə fikirlərə də münasibət bildirib. Yada salaq ki, az öncə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da XİN başçılarının son Moskva görüşündən sonra sülh danışıqların belə bir sənəd ətrafında getdiyini bildirmişdi.

USA Karabakh ile ilgili görsel sonucu

“Rusiya konfliktlə bağlı istənilın nizamlama prosesindən qazanc götürmək istəyir. Ona görə də Moskva daima öz planından danışacaq. Ancaq faktiki olaraq, nə Rusiyanın, nə də digər vasitəçilərin elə bir təklifi yoxdur ki, hər iki münaqişə tərəfini qane eləsin, hər iki tərəf onu qəbul eləsin. Fikrimcə, ”Lavrov planı", sadəcə, Moskvanın müəyyən müddət təklif elədiyi bir termindir. Bu, hərtərəfli proqram deyil və öz-özlüyündə konfliktin həlli üçün əsas ola bilməz", - politoloq vurğulayıb.

Analitik Paşinyan iqtidarının Dağlıq Qarabağdakı separatçı rejimi danışıqların müstəqil tərəfi kimi prosesə qoşmaq cəhdlərinə də münasibət bildirib. “Dağlıq Qarabağın danışıqların tərəfi kimi qəbul eləmək Bakı üçün konfliktin öncədən necə həlli olunacağının, danışıqlar prosesinin Bakı üçün məqbul olmayacaq yekunu ilə razılaşmaq demək olardı. Ola bilsin Paşinyan haqlıdır deyəndə ki, Dağlıq Qarabağ prosesə cəlb olunmayınca, tərəqqi olmayacaq, amma bu, yalnız o halda doğru olar ki, problem Ermənistanın və ermənilərin istəyi üzrə həll olunacaq. Yəqin ki, ”ikimərtəbəli" danışıqlar olacaq: biri publik - yəni yalnız Bakı və İrəvanın iştirakı ilə, ikincisi isə - qapalı, hansı prosesdə ki, tərəflərdən hər biri Stepanakertlə (Xankəndi ilə - red.) məsləhətləşmə apara bilər. Ancaq hətta bu ssenari də böyük perspektiv vəd eləmir", - deyə analitik əlavə edib.

*****

Şübhə yox ki, Bakı Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alındığı heç bir iki və ya üçtərəfli prosesdə yer almayacaq. Bununla bağlı Azərbaycan rəhbərliyi dəfələrlə öz prinsipial mövqeyini ortaya qoyub. Ən yüksək səviyyədə “Danışıqlarda Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə predmeti olmayacaq”, “Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, bunu gözləyənlər boşuna gözləyir” bəyanatlar səsləndirib.

Demək, bu xüsusda İrəvanın separatçı rejimi birbaşa danışıqlara qoşub Ermənistanı işğalçı yarlığından xilas eləmək taktikası da bəri başdan fiaskoya məhkumdur. Torpaqlarımızı işğal edən Ermənistan silahlı qüvvələridir və danışıqlar da məhz İrəvanla, beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş prinsipləri, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair məlum qətnamələri əsasında.

Başqa yol yoxdur. Ən əsası, Bakının istəyi tam haqlı və ədalətlidir. Bunu vasitəçi dövlətlər də çox yaxşı bilir. Odur ki, nə qədər tez işğalçı ilə işğala məruz qalan tərəflər öz adı ilə çağırılsa, bir o qədər regiona daimi sülh tez gələr, bölgə ən təhlükəli və üzücü bir konfliktdən qurtular.

“Ermənistan anlamalıdır ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verməyəcək. Azərbaycan ərazilərinin işğalına əsaslanan status-kvo dayanıqlı deyil və qəbuledilməzdir”.

USA Karabakh ile ilgili görsel sonucu

Bu barədə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının (18 may 1992) 27-ci ildönümü ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanın yaydığı bəyanatda bildirilir.

“Bölgənin, o cümlədən Ermənistanın özünün dayanıqlı, demokratik, sülh, sabitlik və təhlükəsizliyin təmin olunduğu bir şəraitdə inkişafı birinci növbədə beynəlxalq hüququn aliliyinin təmin olunması, işğal amilinin aradan qaldırılması, məcburi köçkünlərin fundamental hüquqlarının bərpa olunmasından asılıdır. Yalnız Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrindəki Ermənistan silahlı qüvvələrinin bu ərazilərdən dərhal, tam və qeyd şərtsiz çıxarılması və Azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması iki ölkə arasında normal qonşuluq münasibətlərinin qurulmasına və bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın bərpa olunmasına imkan yaradacaq”, - deyə XİN rəsmisi qeyd edib.

Bəyanatın sonunda deyilir ki, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi, Laçın, habelə ölkənin digər işğal olunmuş rayonlarından olan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq kimi hüquqlarının təmin edilməsi və ümumilikdə münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi, Azərbaycan dövlətinin ayrılmaz hüququdur.

Bu hüquqa təbii ki, torpaqlarımızın güc yolu ilə azad edilməsi də daxildir. Onu Azərbaycanın əlindən heç kim almayıb... (Musavat.com)