Paşinyanı Qarabağ separatçılarının açıqlamaları narahat edir. Onlar Köçəryana azadlıq tələb edirlər Paşinyanı Qarabağ separatçılarının açıqlamaları narahat edir. Onlar Köçəryana azadlıq tələb edirlər

Xankəndinə təlimatlar daha İrəvandan yox, Moskvadan gəlir - Politoloq

Paşinyanı Qarabağ separatçılarının açıqlamaları narahat edir. Onlar Köçəryana azadlıq tələb edirlər

Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağ separatçıları arasında fikir ayrılığı getdikcə dərinləşir. Separatçıların təmsilçiləri ilə Ermənistanın baş naziri Nikol Paşinyan bir-birilərini kəskin tənqid edirlər. Paşinyan separatçıların lideri Bako Saakyanı xəbərdar etsə də, Saakyanın yaxın ətrafındakılar Paşinyana və Ermənistan hakimiyyətinin digər üzvlərinə qarşı tənqidlərini dayandırmırlar. Paşinyan bunu separatçıların Ermənistanın daxili işlərinə qarışması kimi qiymətləndirir.

Separatçıların iki tanınmış nümayəndəsi var - eks-prezidentlər Robert Köçəryan və Serj Sərkisyan. N.Paşinyan S.Sərkisyanı hakimiyyətdən uzaqlaşdırıb və onun qohumlarına qarşı korrupsiya ittihamları ilə bağlı cinayət işləri açılıb. Köçəryan isə həbsdədir və onun üzərində məhkəmə prosesi gedir. Ancaq məhkəmə prosesinin özü də Paşinyanı narahat edir. Çünki birincisi, bir neçə hakim Köçəryanın məhkəməsini aparmaqdan imtina edib. Aydındır ki, həmin hakimlər “Qarabağ klanının” intiqamından qorxduqlarına görə çəkiliblər kənara. İkincisi, Köçəryan üzərindəki məhkəmə “Qarabağ klanını” canlandırıb, onlar məhkəmə salonunda belə keçmiş prezidentin hər gəlişini alqışlarla qarşılayırlar.

Paşinyanı Qarabağ separatçılarının açıqlamaları narahat edir. Onlar Köçəryana azadlıq tələb edirlər.

“Atlas” Araşdırmalar Mərkəzi Elxan Şahinoğlu hesab edir ki, prosesin gedişatından Qarabağ klanının N.Paşinyanı devirməyə cəhd edəcəyi görünür. Paşinyan separatçıların Ermənistanın daxili işlərinə qarışmamasına çağırır. Buna baxmayaraq separatçılar keçmiş və hazırkı liderləri Köçəryanın məhkəməsinə gedərək yenidən Paşinyanı narahat edən açıqlama veriblər və eks-prezidenti azad etmək tələbini irəli sürüblər:

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

“Paşinyanın Qarabağa səfərləri də nəticə vermir. O düşünürdü ki, Xankəndinə səfərləri ilə separatçıların lideri Saakyan üzərində nəzarəti gücləndirəcək. Bu alınmadı. Bako Saakyan Robert Köçəryan və Serj Sərkisyanın təsiri altındadır və onlara xidmət edir. Serj Sərkisyanın tez-tez Dağlıq Qarabağa gəlişləri də bundan xəbər verir. Paşinyan ”Qarabağ klanını" Ermənistanda hakimiyyətdən uzaqlaşdırdıqdan sonra Qarabağdakı separatçılar Moskvanın nəzarəti altına keçiblər. Xankəndinə təlimatlar daha İrəvandan yox, Moskvadan gəlir. 2020-ci ildə Dağlıq Qarabağda “prezident seçkisi” keçiriləcək. Bako Saakyan “namizəd” olmayacağını bildirib. Deməli, “prezidentlik” uğrunda iki qüvvə arasında mübarizənin gedəcəyini proqnozlaşdırmaq olar. Paşinyan öz adamının Dağlıq Qarabağda “prezident seçilməsini” istəyir. Ancaq problem ondadır ki, Dağlıq Qarabağda Paşinyanın siyasətini qəbul edənlər zəifdir. İkinci qüvvə Qarabağ klanı ilə Rusiyanın nəzarətindəki siyasətçilərdir. Onlardan birinin Dağlıq Qarabağın “prezidenti” seçiləcəyini söyləmək mümkündür. Bu isə o deməkdir ki, Paşinyanla separatçılar arasında fikir ayrılığı gələcək illərdə də davam edəcək. Hətta mümkündür ki, separatçılar Dağlıq Qarabağın “prezidentliyinə” Robert Köçəryanı və ya Serj Sərkisyanı gətirməyə çalışsınlar. Məlumata görə, Ermənistan Dağlıq Qarabağla sərhəddə hərbi postların sayını artırıb, gəlib-gedənlərin kimliyi yoxlanılır. Nikol Paşinyan Dağlıq Qarabağ separatçılarının Ermənistandakı tərəfdarları vasitəsilə İrəvanda çevriliş cəhdindən ehtiyat edir. Əgər Dağlıq Qarabağ separatçıları və İrəvandakı “Qarabağ klanı” Paşinyana qarşı çevriliş planını həyata keçirmək istəsə, bu, Moskvanın razılığı ilə baş verəcək. Dağlıq Qarabağ separatçıları bir dəfə Ermənistanda çevriliş ediblər, 1997-ci ildə prezident Levon Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdırıblar. Ona görə “Qarabağ klanının” çevriliş etmək təcrübəsi var. Klan Paşinyanın mövqelərinin zəifləməsini və hansısa səhv addım atmasını gözləyir".

Ä°lgili resim

Politoloq Məhəmməd Əsədullazadə də bildirdi ki, Paşinyanla Qarabağdakı qondarma rejimin “ulduzları” inqilabın ilk günlərindən barışmır: “Paşinyan Qarabağdakı qondarma rejimi devirib burada özünə sadiq qüvvələri yerləşdirməyə çalışırdı. İlk əvvəldən buna cəhd etsə də, Qarabağ klanının birlik nümayiş etdirməsi nəticəsində istəyinə nail ola bilmədi. Sərkisyan və Köçəryan tandemi ətrafında birləşən bu qüvvələrin məqsədi Paşinyanı fürsət düşən kimi devirməkdir. Hazırda Qarabağ klanı Xankəndində toparlanaraq siyasi güc formalaşdırır. Paşinyanın Şuşaya səfərində ona qarşı soyuq münasibət və separatçılar tərəfindən mesajlar baş nazirin xəbərdarlıq bəyanatı verməsinə səbəb oldu. Hətta Paşinyan Qarabağda inqilabı əks-inqilab etmək mesajını verdi. Faktiki olaraq iki qüvvə arasında ciddi qarşıdurma yaşanır. Qarabağ klanı Paşinyanın daxildə siyasi vəziyyətinin zəifləməsini gözləyir. Həmçinin Ermənistanda inqilabın ölkədə iqtisadi və sosial vəziyyətə müsbət təsir etmədiyini görüb hərəkətə keçməyi fürsət bilirlər. Qarabağ klanı Sərkisyanın başçılığı ilə təlimatı Kremldən almaqla revanşa hazırlaşır. Paşinyan bunun fərqindədir. Hesab edirəm ki, onların cəhdləri uğursuz olacaq. Paşinyanın ölkə daxilində hələ ki reytinqi var. Xalqın müəyyən kəsiminin dəstəyinə güvənir. Separatçıların bu hərəkəti özlərinin siyasi proseslərdən kənarlaşdırılması ilə nəticələnə bilər. Hesab edirəm ki, Paşinyan ciddi hərəkətə keçib, Qarabağ klanını tam siyasi səhnədən uzaqlaşdırmağa başlayacaq. İrəvanda Paşinyan yenidən xalqı küçələrə çıxarıb özünə dəstək mitinqləri keçirəcək. Serj Sərkisyan və onun Qarabağ klanının, həbsdə olan Köçəryanın əks-inqilab həmlələri Paşinyanın daxili auditoriyada reytinqini qaldıracaq”. (Musavat.com)