Koçaryan həbs edilməzsə, böyük bir ehtimalla namizəd olacaq Koçaryan həbs edilməzsə, böyük bir ehtimalla namizəd olacaq

Ermənistan nehrə kimi çalxalanacaq - Hatəm Cabbarlı

Koçaryan həbs edilməzsə, böyük bir ehtimalla namizəd olacaq

"Ermənistan qanunvericiliyində xarici ölkə vətəndaşının Ermənistan vətəndaşına zamin duraraq azadlığa buraxılması haqqında tənzimləmə varmı, bilmirəm. Yoxdursa, Bako Saakyanın və Arkadi Qukasyanın Robert Koçaryana zamin olaraq və girov ödəyərək azadlığa buraxılması onu göstərir ki, Ermənistan Ədliyyəsi Qarabağı özünün bir parçası kimi görüb faktiki qondarma rejimin vətəndaşlarının zaminliyini qəbul edir".

AzNews.az xəbər verir ki, bunu siyasi elmlər doktoru, Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı deyib.

Onun sözlərinə görə, bu, son 30 ildə ikinci anoloji insidentdir. Birincidə isə 1998-ci ildə Ermənistan DİN-i Koçaryana son on ildə Ermənistanda yaşadığı haqqında arayış verərək prezident seçkilərində iştirak etməsi qarşısında ən böyük maneəni aradan qaldırmışdı.

H.Cabbarlı vurğulayıb ki, Ermənistan yeni təlatümlə üzbəüzdür. Gələn il qondarma rejimdə prezident seçkiləri var. Koçaryan həbs edilməzsə, böyük bir ehtimalla namizəd olacaq. Koçaryana siyasi təzyiqlər artarsa, Bako Saakyanın vaxtından əvvəl istefa edib Koçəryanın namizəd olma prosesi sürətləndirilə bilər.

"Bu gün mətbuat yazır ki, onlarla adam İrəvan küçələrinə mitinqə çıxaraq Paşinyanı dəstəkləyir. Bu dəstək ötən ilin aprel və may aylarında olduğu kimi ümumxalq hərəkatına çevrilə bilərmi, bu ayrıca bir sualdır. Paşinyanın son bir illik icraatlarından erməni xalqı məmnun deyil.
İl sonuna qədər Ermənistan nehrə kimi çalxalanıb, yağı yağ, ayranı ayran olacaq..." -deyə, ekspert qeyd edib.

Elgün
AzNews.az