Sənəddə Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışından narahatlıq ifadə olunub Sənəddə Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışından narahatlıq ifadə olunub

Avropa Parlamenti Paşinyanın çağırışından narahatdır

Sənəddə Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışından narahatlıq ifadə olunub

Avropa İttifaqı - Ermənistan Parlamentlərarası Tərəfdaşlıqlıq Komitəsi, Avropa İttifaqı - Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsi və Avropa İttifaqı - Gürcüstan Parlamentlərarası Assosiasiya Komitəsi bəyanat yayıb.

Sənəddə Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışından narahatlıq ifadə olunub: "Müdaxilə etməmə prinsipinə xələl gətirmədən Nikol Paşinyanın mayın 20-də tərəfdarlarını məhkəmənin giriş-çıxışını nəzarətə götürmək çağırışından və hakimlərə nəzarətin tətbiq edilməsindən narahatıq".

Bəyanatda Ermənistanın dövlət məmurlarına konstitusiaya ilə onlara verilən vəzifələr çərçivəsində hərəkət etmək tövsiyə olunub və qanunverici, icaredici və məhkəmə sisteminin müstəqil fəaliyyətinə hörmət etməyə çağırılıb.

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi Ermənistanın baş naziri Nikol Paşinyanın məhkəmənin giriş-çıxışını nəzarətə götürmək çağırışından narahatlığını ifadə edib.

Xatırladaq ki, Nikol Paşinyan mayın 19-da Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın girov qarşılığında həbsdən buraxılmasından sonra ölkə vətəndaşlarını məhkəmənin giriş-çıxışlarını nəzarətə götürməyə çağırıb.(report.az)

AzNews.az