Azərbaycanda 2018-ci ildə dövlət büdcəsindən müdafiə üçün xərclənən vəsaitin məbləği məlum olub Azərbaycanda 2018-ci ildə dövlət büdcəsindən müdafiə üçün xərclənən vəsaitin məbləği məlum olub

Azərbaycan ötən il müdafiə üçün nə qədər vəsait xərcləyib?

Azərbaycanda 2018-ci ildə dövlət büdcəsindən müdafiə üçün xərclənən vəsaitin məbləği məlum olub

Bununla bağlı məsələ “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, 2018-ci ildə müdafiə üçün ümumilikdə 2 milyard 842 milyon manat xərclənib.

Bu məbləğin 1.305 milyard manatı müdafiə qüvvələri, 151.621 milyon manatı milli təhlükəsizlik, 2.613 milyon manatı müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 1.383 milyard manatı isə digər kateqoriyalara aid edilməyən xərclərə sərf edilib.

Dövlət büdcəsindən, həmçinin məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq oqranlarına 1.316 milyard manat xərclənib.

Qanun layihəsi Milli Məclisin mayın 30 və 31-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.(trend.az)

AzNews.az