İrəvandakı siyasi dolanbacların dayanacağı bəlli deyil. İrəvandakı siyasi dolanbacların dayanacağı bəlli deyil.

Səhra generalları küçə generalına qarşı - Ermənistan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə

İrəvandakı siyasi dolanbacların dayanacağı bəlli deyil.

Sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyan baş nazir Nikol Paşinyan iqtidarına qarşı dolayı yolla müxalifətin koalisiyasını yaratmağa başlayıblar. 1998-2018-ci illərdə Ermənistanı idarə etmiş hərbi xunta tərəfdarları və “gizli iqtisadiyyatı”n oliqarxları bir araya gələrək, mövcud iqtidarı devirməyin yollarını gündəmə gətirmək üçün hərəkətə keçiblər. Onu da qeyd edək ki, dövlətçilik tarixi və ənənələri olmayan xalqların həyatında hakimiyyətlərin tez-tez dəyişməsi, dövlət çevrilişləri, zor gücünə mövqe savaşları hər zaman olub. Ermənistan adlı bir ölkə 1920-ci ildə yaradılıb. Ona görə də, bu dövlətin nə tarixi, nə də genetik baxımdan yüzilliklərə və ya minilliklərə dayanıqlı ola biləcək ənənəsi yoxdur. Ermənistan Rusiya və MDB çərçivəsində, Qərblə uzlaşdırılmış dövlət nziamı və Yaxın Şərqin düsturlarının şərtləri, mövcud olma ayrıntılarının içində çabalamaqdadır. Bu üçlü yanaşım fəlsəfəsi Ermənistanın dövlətləşmə prinsiplərinin təməl problemidir.

Hakimiyyət uğrunda “qarğaşa”nın səbəbləri

16 may 2019-cu il tarixdə “Gallup International” təşkilatı tərəfindən aparılan sosioloji araşdırmaların nəticəsində bəlli olub ki, baş nazir Nikol Paşinyanın reytinqi əhali arasında xeyli dərəcədə enib. İrəvandakı siyasi texnoloqlardan Akop Bədəlyan, Hrant Mikaelyan və Armen Bədəlyanın açıqlamalarına görə, Nikol Paşinyanın sadəcə şəxsi mənada deyil, həm də hakimiyyətin bir illik fəaliyyətinə görə əhalinin gözləntiləri özünü doğrultmayıb. Onlar iddia edirlər ki, 17 aprel 2018-ci ildə Serj Sərkisyan gerçəkdən baş nazir seçilmişdi. Müxalifətin altı günlük etiraz aksiyalarından sonra, o məcbur olaraq vəzifəsini tərk edib. “Məxməri inqilab” sayəsində Nikol Paşinyan 8 mayda baş nazir kürsüsünə sahib çıxıb. “Gallup International” beynəlxalq təşkilatının baş nazir Nikol Paşinyanın kadr siyasətini araşdırarkən bəlli olub ki, əhalinin 57.7 faizi artıq onu bəyənmir. Halbuki altı ay öncə hakimiyyətin reytinqi 76.4 faiz təşkil edirdi. Bu gün respondentlərin 37.2 faizi nazirlər kabinetinin işini narazılıqla qəbul edir. Araşdırmalar zamanı bəlli olub ki, əhali arasında parlamentin işindən razı olanlarr 48.4 faiz və nazarı olanlar 44.5faizdir. Respondentlərin 15.1 faizi hakimiyyətə etibar edir, 49.9 faizi sadəcə etibar etmək istədiklərini bildiriblər, 17.9 faiziz sadəcə etibar etmir, 13.4 faizi isə ümumiyyətlə etibar etmədiklərini bildiriblər. Paşinyanın kadr siyasətinə gəldikdə, əhalinin 12.4 faizi razı, 45.3 faizi etibar etmək istədiklələrini, 24 faizi inanmadıqlarını, 12.5 faizi isə qəbul etmək ismədiklərini bildiriblər. Halbuki ötən ilin sentyabr ayında 25 faizi razı olduğunu, 51.4 faizi dəstək verdiyini, 12.9 faizi etimad göstərmədiyini və 6.4 faizi isə hakimiyyəti ümumiyyətlə qəbul etmədiklərini bildirmişdilər. Sosioloji sorğular İrəvanda 30 aprel və 9 may tarixləri arasında aparılıb.

İrəvandakı siyasi analitiklər etiraf edirlər ki, hakimiyyətin ötən bir ildə vədləri özünü doğrultmayıb. Ona görə də cəmiyyət yeni dəyişikliklər axtarışındadır. Paşinyan bir sıra fundamental səhvlərə yol verib. Bu yalnışlıqlar “məxməri inqilab”ın şərtləri ilə uyumlu deyil. Hakimiyyət ötən bir ildə hələ də tam mənada komplektləşməyib. Eyforik reytinqlər sayəsində hakimiyyətə gəlmiş “Mənim Addımım” Partiyasının üzvləri vahid komanda deyillər. Beləliklə də hakimiyyətdən gözlənilən konstitusional dəyişikliklər, çoxüfüqlü xarici siyasət və iqtisadi inkişafın konsepsiyasının işlək duruma gəlməməsi ölkənin inkişafı üçün gözləntiləri doğrultmayıb. Ona görə də Ermənistan yenidən çalxalanır. Təbii olaraq, yaranmış böhrandan ən çox yararlanmaq və yenidən hakimiyyətə dönmək üçün “hərbi xunta” tərəfdarları daha da fəallaşıblar. Robert Köçəryanla bağlı son məhkəmə qərarı və onun ev dustaqlığından azad edilməsi müxalif yönlü çevrələrin hərəkətə keçməsinə səbəb olubdur.

Körüklənən çevrilişin işartıları

“Qafqaz İnstitutu”nun elmi əməkdaşı politoloq Hrant Mikaelyanın fikrincə baş nazir Nikol Paşinyanın reytinqinin sürətlə enməsinin ardından əhali arasında “panika” meylləri də artmağa başlayıb. O da doğrudur ki, əhalinin əksəriyyəti Nikol Paşinyan hakimiyyətinə etimad göstərmək istəyir. Ona görə ki, bir il öncə 20 illik “hərbi xunta” idarəetmə rejiminə yox demək üçün meydanlara çıxmışdılar. İnsanlar yeni iqtidarın sayəsində korrupsiya və rüşvətxorluq bataqlığından qurtulmaq istəyirdi. Korrupsiya ilə mübarizənin sayəsində gözlənilən dividentlər nəticə verməyib. Digər yandan investisiya siyasətinin nəticələri ötən bir il ərzində dəyişməz olaraq qalıb. Xaricdən İrəvana yatırımların cəlbi və kütləvi işsizliyin ləğvi istyiqamətində heç bir uğur olmayıb.

Paşinyan korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə müəyyən addımlar atsa da, iqtisadi və sosial həyat tərzi baxımından effektiv təsir imkanlarını yarada bilməyib.

Əhalini narazı salan amillərdən biri də Paşinyanın kadr islahatları ilə bağlıdır. İdarəetmə sistemində çoxlu problemlər həll olunmamış qalıb. “Gizli iqtisadiyyat” prinsipləri ilə işləməyə alışmış iriçəkili biznes strukturları da Paşinyanın apardığı islahatlara qarşı dolayı yolla “sabotajlar” təşkil edirlər. Xüsusilə Ermənistandakı ən iri və gəlirli sahə sayılan “Nairi” zavodunun rəhbərliyinin əhalinin maaşlarını aylarla davam edən ödəniş problemlərini yaratması və buna görə Paşinyanın gərəkən addımları atmaqda çətinlik çəkməsi digər sahələrə də sirayət edir.

Xankəndində “Miatsum” avantürası hərəkətə keçir

22 may 2019-cu il tarixdə qondarma “Dağlıq Qarabağ” rejiminin rəhbərliyinin dəstəyi ilə Xankəndində “Miatsum” (Birlik) dəyirmi masasının toplantısı keçirilib. “Müstəqillik Nəsli Partiyası”, “Artsaxın Dirçəlişi” təşəbbüs qrupu, “Artsax Respublika Partiyası”, “Artsax Əfqanıstan Müharibəsi Veteranları Birliyi”, “Aşırım” təşəbbüs qrupu, “Kimlik və Birlik Partiyası”, “Vahid Ermənistan Partiyası”, “Birləşmiş Ermənistan Vətənpərvərlər Birliyi”, “Ramkavar Azatakan Partiyası”, “Sasna Srer Partiyası” və “Aşxar” Strateji Araşdırma Mərkəzi bəyanat yayaraq bildiriblər ki, Ermənistanda və Dağlıq Qarabağda milli dövlət siyasətinə qarşı son bir ildə zərbələr dəyibdir. Bütün bunlar legitim dövlət siyasətinin çökməsi deməkdir. Onagörə də suveren hüquqlarını qorunması üçün daha sərt tədbirlərə əl atmağa məcburdurlar.

Qeyd edək ki, tədbirdə “I Qarabağ müharibəsi”ndə iştirak etmiş səhra komandirlərindən Ruslan İsraelyan, Arkadi Karapetyan, Aleksandr Kananyan və digərləri təmsil olunublar. Yəni generallar Paşinyana qarşı faktiki savaş elan ediblər.

Robert Köçəryana dəstək revanşizmi

10 may 2019-cu il tarixdə qondarma “Dağlıq Qarabağ” rejiminin prezidenti Bako Saakyan və eks prezident Arkadi Qukasyan Ermənistanın baş prokurorluğuna müraciət edərək Robert Köçəryanın haqqındakı cinayət işinin ləğv edilməsini istəyiblər. Əslində bu istək daha çox, tələb xarakterli notlarla yazılmış sənəddir. Baş prokurorluq müraciəti diplomatik dillə rədd edib. 27 iyul 2018-ci il tarixdən ev dustağı olan, qondarma “Dağlıq Qarabağ” rejiminin ilk prezidenti və sonradan Ermənistanın iki dəfə prezidenti olmuş Robert Köçəryan əslində “hərbi xunta” siyasətinin aparıcı ünsürü sayılır. Bu gün onun “toxunulmazlıq” istiqamətində hüquqlarını müdafiə edənlər də “həbri xunta”nın aparıcı simalarıdırlar. 1 mart 2008-ci il tarixdə İrəvanda dinc əhalinin gülləbaran edilməsi faktına görə həbs olunan Seyran Ohanyan (qondarma Dağlıq Qarabağ rejiminin və sonradan Ermənistanın müdafiə naziri olub), Yuriy Xaçaturov (qondarma Dağlıq Qarabağ rejiminin ilk baş qərargah rəisi və sonradan Ermənistan ordusunda baş qərargah rəisi olub) və baş nazirin müavini Armen Gevorkyanı Nikol Paşinyan iqtidara gələn kimi onları həbs edib. O da bəllidir ki, bu üç şəxs uzun illər Robert Köçəryanın hərbi, siyasi və maliyyə baxımından əsas gücü sayılıblar. Bu üçlük Ermənistanda 20 il davam edən (1998-2018) “hərbi xunta” rejiminin aparıcı simaları olublar. Robert Köçəryan və onun yaxın ətrafının cinayət əməllərinə görə həbs olunmaları qondarma “Dağlıq Qarabağ” rejimi tərəfindən xoş qarşılanmadığı üçün, bu gün Xankəndi Nikol Paşinyan iqtidarına qarşı müxalifətin düşərgəsinə çevrilibdir. İrəvanda kriminal oliqarxiya rejiminin gizli tərəfdarları əlaltdan siyasi müxalifəti yenidən toparlamağa çalışırlar.

Arkadi Qukasyan və Bako Saakyanın təhdid dili ilə yazdıqları məktuba baş prokurorluq deyil, mətbuat konfransında Nikol Paşinyan cavab verib: “Mən hər iki şəxsin dostluqdan irəli gələn təəssüblərini yaxşı başa düşürəm. Ancaq, o da bəllidir ki, Robert Köçəryanın əməllərində cinayət tərkibi var. Hər hansı məktuba görə cinayət əməlində təqsirli bilinən birisi üçün diskomfort şərait yaradılmayacaq”.

İrəvandakı siyasi dolanbacların dayanacağı bəlli deyil

Bu gün faktiki olaraq, Ermənistanda ictimai fikrdə yer alan əsas mövzu ölkənin haraya və necə hərəkət etməsidir. Keçmiş “hərbi xunta” rejiminin tərəfdarları revanş götürərək yenidən hakimiyyətə gəlmək, yeni “demokratlar” Qərbin tələbləri çərçivəsində gərəkən addımları atmaq iddiasındadırlar. İqtisadi və siyasi baxımdan əlverişli olmayan ölkənin gələcək taleyinin məchul olması bu dilemmanın cavabının tapılmamasındadır. Ona görə də əhalinin bir qismi xarici dövlətlərə üz tutmağı vacib hesab edir. Qərbin dəstəyini əldə etmək üçün Rusiya əlyhdarlarının peyda olması və Moskva yalnısı olan siyasi çevrələrlə qarşı-qarşıya gəlməsi cəmiyyətin yeni böhrana sürüklənməsi kimi təzahür etməkdədir. Qondarma “Dağlıq Qarabağ” rejimi rəsmi İrəvanın başağrısı olaraq görülür. Ermənistanın Azərbaycan və Türkiyə tərəfindən sərhədlərinin bağlı olması ölkəyə həm də beynəlxalq marağın olmaması ilə müşahidə olunur. Gürcüstan və İran üzərindən isə, ermənilərin gözləntiləri onlar üçün uyumlu olmayan şərtlərlə qarşı-qarşıyadır. Qızmar yaz günlərinin Ağrı Dağı ətəklərində “şaftalı rəngi”ndən uzaqlaşaraq bomboz və heç nəyə yaramayan fərqli boyalarla Ermənistanı ağuşuna alıb. Yolun əvvəli də və son duracağı da aksiomaya çevrilib.

Ə.Yusifoğlu

AzNews.az