"Bu gün vacib məsələlərdən biri sülhün təmin edilməsidir" "Bu gün vacib məsələlərdən biri sülhün təmin edilməsidir"

“Bu insanların hüquqları 30 ildir ki, pozulur”

"Bu gün vacib məsələlərdən biri sülhün təmin edilməsidir"

“Etibarlı sülh olmadan dayanıqlı inkişaf ola bilməz. Azərbaycan xalqı selhsevər olsa da, təssüflər olsun ki, xalqımız 30 ilə yaxındır sülhə ehtiyacı olan xalqlardan birinə çevrilib. 1 milyon qaçqın və məcburi köçkün əhalinin 10 faizini təşkil edir. Bu insanların hüquqları 30 ildir ki, pozulur. Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün etdiyi cəhdlər nəticəsiz qalıb”.

Bunu Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Baş Nazirin müavinin sözlərinə görə, insan hüquqları müasir cəmiyyətin ən ali dəyərlərindən biridir: “Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasında Ombudsman təsisatının böyük rolu var. Bu gün çox vacib məsələlərdən biri sülhün təmin edilməsidir. Azərbaycan xalqı sülhsevər olmasına baxmayaraq artıq 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarının 20 faizi işğal olunub. Azərbaycan hökuməti məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün öz üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir, onların mənzillə təmin olunması üçün müvafiq işlər görülür”.

O bildirib ki, Azərbaycan dünyanı narahat edən bütün məsələlərə öz töhfəsini verməyə hazırdır və bu layihələrdə yaxından iştirak edir: “Biz məmnunuq ki, Azərbaycan ombudsmanı qısa müddət keçməsinə baxmayaraq, digər ölkələrin ombudsmanları ilə səmərəli əməkdaşlıq yarada bilib. Azərbaycan dövləti bu insanlara görə üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir, amma onların hüquqlarının təmini məsələsi açıq qalıb. Ümid edirik ki, ombudsmanlar bu münaqişənin həlli üçün öz səylərini birləşdirməyə çalışacaqlar. Azərbaycan gənc dövlət olaraq, böyük tərəqqi yolu keçib, Azərbaycan vətəndaşları inkişaf edən Azərbaycanı görməkdədirlər. Azərbaycan dövləti insanların layiqli həyat yaşaması üçün müxtəlif layihələr həyata keçirir. Hesab edirəm ki, ombudsmanlar sülhün təmin olunması üçün öz səylərini birləşdirəcəklər. Azərbaycanda təhsil, səhiyyə, mədəniyyət sahəsində və ekoloji tarazlığın yaranmasında böyük lahiyələr həyata keçirilir. Azərbaycan hökuməti bundan sonra da insanların həyatının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması və digər istiqamətlərdə də müvafiq işlər görəcək”.(report.az)

AzNews.az