Ən yaxşı növbətçi heyət mükafatlandırılıb Ən yaxşı növbətçi heyət mükafatlandırılıb

Azərbaycan Ordusunun ən intizamlı döyüş postu müəyyənləşdi - VİDEO

Ən yaxşı növbətçi heyət mükafatlandırılıb

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən düşmənlə təmas xəttində döyüş tapşırıqlarını yerinə yetirən döyüş postlarının növbətçi heyətləri arasında “Ən intizamlı və döyüş yoldaşlığı möhkəm olan post” adı uğrunda müsabiqə keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bir neçə mərhələdən ibarət olan müsabiqə əvvəlcə birləşmə sonra isə birlik səviyyəsində keçirilib.

Yarışın yekun nəticələrinə əsasən ən yaxşı növbətçi heyət müəyyən edilərək mükafatlandırılıb.