"Ermənistan-Rusiya münasibətlərində müəyyən problemler var" "Ermənistan-Rusiya münasibətlərində müəyyən problemler var"

Robert Kevondyan: “Ermənistanın xarici siyasəti Kremli qane etmir”

"Ermənistan-Rusiya münasibətlərində müəyyən problemler var"

“Koçaryanla görüşən Rusiya səfiri indiyədək Paşinyanla görüş cəhd belə, etməyib”

Rusiyalı ekspert Modest Kolerovun Rusiyanın Ermənistandakı səfirinin Robert Koçaryanla görüşünü prezident Vladimir Putinin ona verdiyi dəstək kimi dəyərləndirməsi İrəvanda birtərəfli qarşılanmayıb. Maraqlıdır ki, bir çox erməni rəsmilər Kolerovun bu şərhini Kremlin yanaşması kimi dəyərləndirmək istəmirlər. Ermənilərin “1in.am” saytı bu məsələlər barədə Putinin hələ də susqunluq nümayiş etdirməsinin Rusiyadakı bəzi qruplar tərəfindən narazılıqla qarşılandığını qeyd edir. Sayt yazır: “Əslində bu problem üç qatdan ibarətdir: Ermənistan-Rusiya münasibətləri, Rusiyanın daxili həqiqətləri, geosiyasi vəziyyət və Rusiyanın regional siyasəti. Məsələ bundadır ki, Ermənistanda baş verən məxməri inqilabdan sonra Rusiya prezidenti ən azı ictimai səviyyədə də olsa, bu inqilaba son dərəcə “sadiq davranır”(?). Doğrudur, Kreml rəhbəri bu ərəfədə Robert Koçaryana iki təbrik naməsi ünvanlasa da, sabiq erməni prezidentinin mətbuat katibi bu təbriklərin siyasi deyil, sadəcə olaraq, fərdi xarakter daşıdığını bildirib. Qeyd edilməlidir ki, Rusiyanın bu cür davranışı yalnız Ermənistanda deyil, hətta Rusiyanın özündə də Serj Sarkisyanın vəzifədən uzaqlaşdırılmasında məhz Kremlin əlinin olduğu şübhəsi yaratmağa başlayıb. Ancaq şübhəlidir ki, əgər, belə olsaydı, Rusiya Robert Koçaryanı mühakimə edərdimi?”.

Ermənilərin “Lragir.am” saytına danışan politoloq Robert Kevondyan isə Kolerovun fikirləri ilə razılaşmadığını bildirib: “…Rusiya səfirinin ciddi bir cinayətdə ittiham olunan bir şəxslə görüşməsi Ermənistan-Rusiya strateji əlaqələrində mənfi bir xətt olduğunu ifadə edir. Belə düşünürəm ki, rusiyalı səfirin təşəbbüsü ilə olsa da belə bir addım uğurlu siyasi gediş deyil. Unutmayaq ki, hazırkı baş nazir Nikol Paşinyan hakimiyyə müxalifətdən gəlsə də, Rusiya səfiri indiyədək onunla görüşməyə cəhd belə ,etməyib. Əslində, bu Ermənistan siyasi həyatında baş verən ilk hadisə deyil. Xatırlayırsınızsa, bir müddət əvvəl, İrəvandakı ingilis səfiri “erməni soyqırımı” haqqında qeyri-qanuni ifadə işlədərkən də əvvəlki hökumət nümayəndələri ondan etiraz notası tələb etsələr də onu Ermənistan Xarici İşlər Nazirliyinə dəvət etməmişdilər. Doğrudur, bu gün Ermənistan-Rusiya münasibətlərində müəyyən problemler olsa da, hələ ki, bu özünü dərindən nümayiş etdirmir. Əslində, Ermənistanın Rusiyaya uyğun olmayan balanslı xarici siyasət aparmağa çalışması Kremli heç cür qane etmir”.(palitranews.az)

AzNews.az