"Növbəti dəfə məsələyə bu ilin dekabr ayında baxılacaq" "Növbəti dəfə məsələyə bu ilin dekabr ayında baxılacaq"

“Çıraqovlar Ermənistana qarşı” işi üzrə növbəti müzakirələr keçiriləcək

"Növbəti dəfə məsələyə bu ilin dekabr ayında baxılacaq"

"Hazırda Avropa İnsan Hüquqları Məhkəməsinin gündəmində Azərbaycanla bağlı hər hansı ciddi məsələ yoxdur".

Bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Avropa Məhkəməsində bütün dövlətlərlə münasibətdə şikayətlər olduğu kimi Azərbaycanla bağlı da şikayətlər var: "Bu əsasən şəxsi həyata hörmət, azadlıq və s. kimi hüquqlarla əlaqəlidir".

Ç.Əsgərov xatırladıb ki, Avropa Məhkəməsi "Çıraqovlar Ermənistana qarşı" işi üzrə artıq qərar qəbul edib və Avropa Şurasının Nazirlər Komitəsinin iclasında bir dəfə baxılıb: "Növbəti dəfə məsələyə bu ilin dekabr ayında baxılacaq. Gözləyirik ki, Ermənistan hökuməti qərarın icrası ilə bağlı görülən tədbirlər barədə məlumat təqdim etsin və biz onu müzakirə edək. Hələlik hər hansı məlumat yoxdur. Məlum olan odur ki, Ermənistan qərarın icrasından imtina edir"(report.az)

AzNews.az