Məhkəmə həbs qərarını bərpa edib Məhkəmə həbs qərarını bərpa edib

Robert Koçaryan yenidən həbs edildi

Məhkəmə həbs qərarını bərpa edib

Ermənistan Apellyasiya məhkəməsi ölkənin sabiq prezidenti Robert Koçaryanın həbs edilməsi barədə hökm verib.

Məhkəmə onun barəsində çıxarılmış, lakin sonradan ləğv ediliş həbs qərarını bərpa edib.

Eyni zamanda, Apellyasiya məhkəməsi işə yenidən baxılması üçün əvvəlki instansiya məhkəməsinə göndərib.

Qeyd edək ki, R.Koçaryan 2008-ci ildə baş vermiş hadisələrlə əlaqədar konstitusiya quruluşunun devrilməsində ittiham olunur.(trend.az)

AzNews.az