"Yeni stansiyanın tikintisi üçün Ermənistanın maliyyə vəsaiti yoxdur" "Yeni stansiyanın tikintisi üçün Ermənistanın maliyyə vəsaiti yoxdur"

Ermənistan yeni AES tikməyə pul tapmır - KİV

"Yeni stansiyanın tikintisi üçün Ermənistanın maliyyə vəsaiti yoxdur"

Ermənistan yeni atom elektrik stansiyasının (AES) tikintisi üçün pul tapmır.

Bu barədə “Jamanak” qəzeti yazıb.

Bildirilib ki, yeni AES-in tikintisi üçün 4-5 milyard dollar maliyyə vəsaiti lazımdır, Rusiya tərəfi bir neçə dəfə bu məbləği verə bilməyəcəyini açıqlayıb: “Yeni stansiyanın tikintisi üçün Ermənistanın maliyyə vəsaiti yoxdur, Rusiya isə ona kredit verə bilmir”.

Məlumata görə, yeni stansiyanın tikintisi barədə hələ 2008-ci ildə keçmiş prezident Serj Sarkisyan ölkə parlamentinə müraciətində bəhs etmişdi.

Qəzet Ermənistan hökumətinin planlarından da yazıb: “Kosmik miqyaslı planlar var, ancaq onları həyata keçirmək üçün pul yoxdur”.(report.az)

AzNews.az