Rəsmi Tbilisinin Gürcüstan ərazisində ermənilərin fəaliyyətinə xüsusi diqqət vermələri hədsiz vacibdir Rəsmi Tbilisinin Gürcüstan ərazisində ermənilərin fəaliyyətinə xüsusi diqqət vermələri hədsiz vacibdir

"Tbilisidəki son mitinqin əsas təşkilatçısı Paşinyan imiş"

Rəsmi Tbilisinin Gürcüstan ərazisində ermənilərin fəaliyyətinə xüsusi diqqət vermələri hədsiz vacibdir

Tbilisidə son mitinqlər ciddi fəsadlı oldu. Mitinq təşkilatçılarının iradəsi də göz qabağındadır. Gürcüstanın keçmiş Baş naziri, de-fakto idarəedici B.İvanişvilinin evi və ofisi artıq mitinqlərin coğrafiyasına daxil edildi. Bu mitinqlər təhlil olunduqca yeni təfərrüatları üzə çıxır: Tbilisidəki ermənilər mitinqin təşkilində və aqressivliyində xüsusi rol oynayıblar. Mitinqdə həbs olunanlardan biri Minas Minasyan tələbə və yaxud sadəcə erməni deyilmiş, Ermənistanın Baş Naziri Nikol Paşinyanın ən yaxın silahdaşlarından biri imiş. N.Paşinyanın digər silahdaşı Serqo Qalstyan mitinqlərin aqressiv forma almasında xüsusi canfəşanlıq göstərib.

Nikol Paşinyanın mitinqin təşkilində iştirakına və maraqlı olmasına dəlalət edən daha bir fakt yaxınlarda aşkarlandı. Onun məxməri inqilab üzrə yaxın tərəfdaşlarından biri David Petrosyan Yerevanda həbs olunmuşdu. Tbilisidə mitinqlər ərəfəsində o həbsdən azad edildi və Tbilisiyə göndərildi. David Petrosyanın həbsdən azad olunması ilə bağlı xahiş-müraciəti Karapet Badalyan etmişdi. K.Badalyan Arsen Xaratyanın bacısının həyat yoldaşıdır. A.Xaratyan və həyat yoldaşı ABŞ-ın Gürcüstandakı səfirliyində çalışırlar. Hər ikisi “Soros” fondundan aldığı qrant hesabına mətbu orqanı nəşr etdirirlər. A.Xaratyan Paşinyan Baş nazir təyin olunduqdan dərhal sonra Baş nazirin xarici siyasət məsələləri üzrə müşaviri təyin olundu. KTMT baş katibi Y.Xaçaturovun həbsinə təhrik etməsi faktı aşkarlanandan sonra Paşinyan Rusiyanın qorxusundan A.Xaratyanı vəzifədən azad etdi. Beləliklə, Gürcüstanda xaosun yaranmasında ermənilərin iştirakı şəksizdir, xaosun əsas sifarişçisi də Soros fondudur. Çünki adı çəkilən bütün ermənilər Soros fondunun sıx əməkdaşlarıdır və Nikol Paşinyana birbaşa bağlı olan şəxslərdir.

Soros fondunun siyasəti ziddiyyətlidir. Bu fond hal-hazırda ABŞ və Aİ-nin rəhbərliyi ilə mübarizə vəziyyətindədir. Çox paradoksaldır ki, Soros fondunun İranla sıx əlaqələri var. 3 ay bundan öncə İranın Xarici İşlər naziri Cavad Zərif Soros fondu ilə İranın əlaqələrinin çox yüksək səviyyədə olduğunu etiraf etdi və bununla qürur duyduğunu bildirdi.

Gürcüstanda xaosun nəticələri bəllidir. Bütövlükdə Cənubi Qafqaz regionu xaosa bürünür, Qərbin Mərkəzi Asiya regionu ilə əlaqələri kəsilir. Bu Qərb üçün birbaşa zərbə deməkdir. Soros fondunun belə zərbədə maraqlı olması çox mümkündür. Eləcə də yaranmış proseslərdən Rusiyanın da bəhrələnməsi də çox ehtimallıdır. Soros fondu bu yolla Rusiya ilə Qərb arasında Cənubi Qafqaz üzərindəki qarşıdurmanı bir az da genişləndirmək və gücləndirmək istəyir. N.Paşinyan bilir ki, Gürcüstandakı xaos Ermənistanın ziyanınadır. Paşinyan bu işi başlayırsa sonda ermənilərin uduşlu vəziyyətdə olacağına təminat alıb. Rəsmi Tbilisinin Gürcüstan ərazisində ermənilərin fəaliyyətinə xüsusi diqqət vermələri hədsiz vacibdir.

Gürcüstandakı sabitlikdə yalnız iki dövlət- Gürcüstan və Azərbaycan Respublikası maraqlıdır. Qalan bütün dövlətlər Gürcüstanın zəifliyindən istifadə edib, daxildə vəziyyəti gərginləşdirməklə ümumilikdə Cənubi Qafqaz regionuna böyük zərbə vurmaq istəyirlər. Ona görə ən vacib məsələ Gürcüstanın erməniləri, Ermənistanı neytrallaşdırmasıdır. Bu istiqamətdə ən radikal addımlar atılmalıdır. Gürcüstan üçün daha ciddi fəsadlar yarana bilər.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq