Bu gün işğal altındakı Şuşa məscidinin “təmir”dən sonra “təntənəli açılışı” gözlənilir Bu gün işğal altındakı Şuşa məscidinin “təmir”dən sonra “təntənəli açılışı” gözlənilir

İrəvandan Azərbaycana qarşı “humanitar” terror - Düşmən ölkədən məkrli gediş

Bu gün işğal altındakı Şuşa məscidinin “təmir”dən sonra “təntənəli açılışı” gözlənilir

Ermənistan ölkəmizə qarşı növbəti təxribat hazırlayır. Azərbaycanın işğal altındakı qədim şəhəri Şuşada bu gün - oktyabrın 14-də Yuxarı Gövhər ağa məscidinin “təmir-bərpa”dan sonra “təntənəli açılışı” planlaşdırılır. Xəbəri erməni qaynaqları yayıb.

Müsəlman-azərbaycanlı əhalinin 27 ildir yaşamadığı Şuşada məscidin təmiri, təbii ki, ən əvvəl “əzabkeş erməni xalqı” haqda dünyada humanist, tolerant imici yaratmaq niyyəti güdür. Bildirilir ki, ermənilər həmçinin bu memarlıq incisinin arxitekturasını dəyişib ona “fars məscidi” görüntüsü vermək və məscidin, deməli, həm də ümumən Şuşanın Azərbaycana aid olmadığı rəyini yaratmaq istəyirlər. Necə ki, vaxtilə İrəvandakı “Göy məscid”in başına bu oyunu gətiriblər.

*****

Beləcə, Ermənistanın bu dəfə məscid təmiri adı ilə xalqımız əleyhinə mənəvi terror cəhdi ortadadır. Baş nazir Nikol Paşinyanın keçən həftə Aşqabadda, MDB sammitində üzləşdiyi fiasko fonunda belə bir üzdəniraq “açılış” mərasimi məxsusi diqqət çəkir. Çünki cəmi iki il öncə İrəvanın mərkəzində faşist əlaltısı Njde Qaraginə abidə ucaltmaqla nasizmə pərəstişini açıq şəkildə büruzə verən, üstəlik, qonşu Azərbaycanın 20% ərazisini işğal altında saxlayan bir millətin xalqımızın tarixi-dini abidələrinə qarşı sayğılı olması absurddur.

İrəvan faşistin musavat.com ile ilgili görsel sonucu

Söz düşmüşkən, özünü demokrat sayan Nikol Paşinyan Aşqabadda Azərbaycan prezidenti İlham Əliyevin haqlı iradları və tutarlı arqumentləri qarşısında Qaregin Njdeyə haqq qazandırdı, bununla da bəşəriyyətə böyük bəlalar gətirmiş alman faşizminə - ifrat millətçiliyə qahmar çıxdı. Bu da məntiqlidir: Paşinyanın rəhbəri olduğu Ermənistan, onun toplumu, üstəgəl, Dağlıq Qarabağdakı quldur-separatçı dəstəsi də eyni xəstəlikdən - ultramillətçilik və ksenofobiyadan əziyyət çəkirlər. Elə olmasaydı, MDB məkanında Ermənistan yeganə monoetnik ölkəyə çevrilməz, bu azmış kimi, Azərbaycanın 20%-lik ərazisində da etnik təmizləmə aparmazdı.

Belə bir işğalçı siyasəti tərcih edən Ermənistanın Şuşa məscidini bərpa eləməsində hansısa humanitar, bəşəri məram axtarmaq, yumşaq desək, insanlığın özünə həqarət olardı. Erməni tərəfi isə ümid edir ki, bununla özü haqda dünyada tolerant, mədəni, sivil millət imici yarada, Azərbaycan haqda isə bu “mədəni, tolerant, tarixi və dini abidələrə həssas yanaşan” erməni xalqı ilə dava aparan vəhşi ölkə imici formalaşdıra biləcək. İrəvanın məkrli hədəfi budur.

İlham Əliyev aşqabadda ile ilgili görsel sonucu

Bu xüsusda “Yeni Müsavat” qeyd edir ki, məscidin “təntənəli açılış”ı Ermənistanın beynəlxalq ictimaiyyəti aldatmağa yönəlik növbəti şousudur. Bu yerdə məntiqli sual ortaya çıxır: Ermənistan həqiqətən dini-tarixi abidələrə belə hörmətlə yanaşırsa, onların bərpasında maraqlıdırsa, onda nədən xalqımıza məxsus yüzlərlə mədəni, tarixi dini abidələri məhv edib? Qədim türk yurdu Ermənistan bir yana, təkcə Dağlıq Qarabağa bitişik 7 rayonda 2 mindən artıq mədəniyyət abidəsi yerləyeksan edilib.

*****

Şuşa məscidi ilə bağlı birgə etiraz bəyanat ile ilgili görsel sonucu

Artıq Azərbaycandakı dini konfessiya rəhbərləri Şuşa məscidi ilə bağlı birgə etiraz bəyanat yayıb. Bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melih Yevdayev və Alban-udin xristian icmasının sədri Robert Mobili imzalayıb.

Birgə bəyanatda deyilir: “İşğalçı Ermənistan növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək, mənəvi müstəvidə, dini abidələrimizə qarşı beynəlxalq hüquq normaları - sivil dünyanın mənəvi irsin qorunması ilə bağlı qəbul etdiyi konvensiya və digər sənədlərinin tələblərini kobud surətdə pozur. Azərbaycanın işğal olunmuş Şuşa şəhərinin Cümə məscidinə qarşı məqsədyönlü terror həyata keçirilir. Məscidin ”təmir"dən sonra “açılış”ı ilə Ermənistan beynəlxalq ictimaiyyəti aldatmaq, özünü tarixi abidələrə qayğı ilə yanaşan bir ölkə imicində təqdim etməyə çalışır. Bu - işğalçı Ermənistanın və onun əlaltısı olan cinayətkar rejimin işğal olunmuş ərazilərimizdə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətinin daha bir bariz nümunəsidir. Təəssüf doğuran və bizi narahat edən hal həm də odur ki, yayılan məlumatlara görə, işğalçı rejim bu işləri qonşu, müsəlman ölkəsi olan İranın “Part Saman Jahan” şirkəti ilə birgə həyata keçirir".

Konfessiya rəhbərləri bildirirlər ki, bərpa adı ilə məscidin tarixi görkəmi dəyişdirilir, onun etnik mənsubiyyəti saxtalaşdırılır, işğal olunmuş ərazilərdə azərbaycanlılara məxsus mədəni irsin silinməsi həyata keçirilir. “Məscidin ”təmir-bərpa" işlərindən sonra saxta dəyişikliklərə məruz qalacağı, qədim Alban kilsələrində və digər məbədlərdə olduğu kimi, tarixi təhrif edən düzəlişlərlə təqdim ediləcəyi şübhəsizdir. Biz, Şuşadakı dini-mədəni abidəyə bu “qayğı” kampaniyasını qətiyyətlə pisləyir, ermənilərin işğal altında saxladıqları ərazilərimizdə dini-mədəni abidələrimizə qarşı tarixin saxtalaşdırılması yolu ilə həyata keçirilən əməllərini beynəlxalq konvensiyalara meydan oxuyan yolverilməz qəsbkarlıq siyasəti kimi dəyərləndiririk", - deyə sənəd müəllifləri sonda bəyan edirlər.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bəyanatında da analoji narahatlıq və etiraz yer alıb. Bəyanatdan sitat: “Bu, bir daha Ermənistanın işğal olunmuş ərazilərdə azərbaycanlılara məxsus mədəni irsin oğurlanması, izinin itirilməsi və silinməsi ilə məşğul olduğunu göstərir. Yuxarı Gövhər ağa məscidini ”fars məscidi" elan etməklə Ermənistan tarixi saxtalaşdırır, onu yenidən yazmağa çalışır. Məscidin “təmir-bərpa” işlərini İranın “Part Saman Cahan” şirkəti tərəfindən aparılması isə biz məcburi köçkünləri məyus edir. Biz bunu Qarabağın azərbaycanlı icmasına və ümumən Azərbaycan xalqına sayğısızlıq kimi dəyərləndiririk".

*****

Politoloq Qabil Hüseynli ile ilgili görsel sonucu

Politoloq Qabil Hüseynli isə xatırladır ki, ermənilər İrəvandakı “Göy məscid”in təmirdən sonra açılışını edəndə də özlərini sivilizasiyalı xalq kimi təqdim etmişdilər: “O zaman məlum oldu ki, bunu İran təmir edib. Təmir İrəvana satış, bazarlarda alver üçün gələn iranlılar üçün dini ibadətləri yerinə yetirmək üçün şərait yaratmaq məqsədi güdürdü. Yoxsa hansısa dini-mədəniyyət abidəsinin təmir-bərpa edilməsi gündəmdə deyildi. Çox təəssüf ki, Yuxarı Gövhərağa məscidini də İran azərbaycanlıları təmir ediblər. Ermənistan bu məscidin təmiri üçün bir qəpik də pul ayırmayıb” (Teleqraf.com).

Ekspertə görə, məqsəd erməniləri mədəniyyət abidələrinin qoruyucusu kimi təqdim etmək, dini dözümlülük və sair bu kimi ifadələrdən siyasi alver kimi istifadə etməkdir. “Ermənilər İslam dininə, xüsusilə də bu dinə sitayiş edən azərbaycanlılara barışmaz münasibət bəslədiyi üçün onların humanitar məqsədlərlə addım atması qətiyyən ağlabatan deyil. Bu, şüuru, dünyagörüşü, əxlaqı tamamilə korlanmış və antibəşəri ideyalar ruhunda köklənmiş bir xalqdır və bu xalqın pozitiv, humanitar, multikultural addım atması mümkünsüz görünür”.

Əlavə edək ki, Qarabağ xanı İbrahim xanın qızı Gövhər Ağanın (Gövhərnisə bəyim) adını daşıyan Yuxarı Gövhər ağa məscidi Gövhərnisənin maddi dəstəyi ilə atası İbrahim xanın yararsız hala düşmüş məscidinin yerində, şuşalı memar Səfixan Qarabaği tərəfindən 1883-cü ildə inşa edilib. (“Yeni Müsavat”)

AzNews.az