Bu, bizim üçün böyük təhlükədir Bu, bizim üçün böyük təhlükədir

Paşinyana Qarabağla bağlı elə sənəd verəcəklər ki...

Bu, bizim üçün böyük təhlükədir

Ermənistanın hazırkı hakimiyyəti bir-birinə zidd olan çoxsaylı bəyanatlar səsləndirir.

Bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan deyib.

“Hazırkı hakimiyyət bizim 2018-ci ilin mayına qədər gəldiyimiz bənddən danışıqlar prosesini davam etdirmir, əvəzində yeni bənddən başlayır. Yeni bənd nədir? İlk növbədə hazırkı hakimiyyət, ümumiyyətlə, öz müqəddəratını təyin etmək haqqında danışmaq istəmir. Əgər hansısa çıxışda bunun barəsində danışılırsa, o zaman dərhal elə qiymətləndirmə edilir ki, bu öz müqəddəratını təyinetməyə əhəmiyyətli dərəcədə zidd olur.

Hakimiyyətin səsləndirdiyi ziddiyyətli bəyanatlar ucbatından danışıqlar prosesindəki mövqelər dalana dirənib. Ən aşkar sübut odur ki, Bakı sənədin olduğunu, Ermənistan isə olmadığını deyir. Aydındır ki, bu situasiyaya görə məsuliyyətli biz oluruq. İndi beynəlxalq ictimaiyyət və Azərbaycan bir tərəfdə, Ermənistan isə başqa tərəfdə qərarlaşır. Bu, bizim üçün böyük təhlükədir. Belə davam edəcəyi halda hansısa beynəlxalq sammitdə masa üzərində erməni tərəfi üçün qəbuledilməz sənəd peyda olacaq və Ermənistan tərəfinin edə biləcəyi ən böyük şey ona veto qoymaqdan ibarət olacaq”, – deyə o bildirib.

Şahnazaryan buna cəhdin ATƏT üzvlərinin prezidentlərinin sammitində baş tuta biləcəyini söyləyib. (Axar.az)

AzNews.az