- Qayıdış
- 15 Noyabr 2019 18:05
- 2 526
Yerevanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilir
Etirazın təşəbbüskarlarından biri "Sasna tsrer" yaraqlılarıdır
Rusiyanın Krasnodar diyarının Armavir şəhərində yerli deputat Aleksey Vinoqradovun erməni faşisti Qaregin Njdenin şərəfinə qoyulan xatirə lövhəsini boyamasından sonra bir qrup vətəndaş Rusiyanın Yerevandakı səfirliyi qarşısında etiraz aksiyası keçirir.
Etirazçılar asayiş keşikçilərinin məsafə saxlamağı tələb edərək Rusiya diplomatik nümayəndəliyinin qapılarına yaxınlaşmağa icazə verməməsinə görə narazılıqlarını bildirirlər.
Aksiya iştirakçıları Rusiya səfirliyinin nümayəndələrinə etiraz-nota məktubunu vermək istəyirlər.
Etirazın təşəbbüskarlarından biri "Sasna tsrer" yaraqlılarıdır.(report.az)
AzNews.az