Bu yol heç yana aparmır Bu yol heç yana aparmır

Paşinyan Bakını şərləməyə başladı: Savaş başlasa...

Bu yol heç yana aparmır

Ermənistanın təhlükəsizliyi üçün əsas problem Qarabağ konfliktidir. Belə ki, hərbi eskalasiya bütün region üçün fəlakətlə nəticələnəcək.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan İtaliyanın Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutunda çıxışı zamanı deyib. O, Qarabağ konfliktinin həllinin Ermənistan, Qarabağ və Azərbaycan üçün qəbuledilən olması gərəkdiyini, konfliktin kompromissiz həll edilə bilməyəcəyini bildirib:

“Azərbaycan hakimiyyəti bilməlidir ki, sülh danışıqlarına alternativ yoxdur. Ermənistan və Qarabağla təhdid dilində danışmaq mənasızdır. Bu yol heç yana aparmır”.

Paşinyan Qarabağda müharibə başlayacağı halda guya Azərbaycanın başqa ölkələrdə mövqe itirən və öz əməliyyatlarını genişləndirmək üçün yeni ərazilər axtaran terrorçular üçün plasdarm ola biləcəyi yalanını da irəli sürüb. Görünür, Azərbaycanın nəzarətində olmayan işğal altındakı Qarabağda terrorçuların yerləşdirildiyi və yetişdirildiyi barədə ittihamları “qabaqlamaq” istəyib.

Qeyd edək ki, bu, Paşinyan tərəfindən səsləndirilən ilk belə bəyanat deyil. Bundan öncə də o, Rusiya KİV-lərinə müsahibəsində oxşar fikirlər söyləmişdi. (Axar.az)