Rusiya XİN: Qarabağ münaqişəsi yalnız siyasi-diplomatik vasitələrlə həll oluna bilər

Lavrovdan şərh gəldi

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçilik səylərində fəal rol oynamağa davam edir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nazir Sergey Lavrovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar yaydığı açıqlamasında bildirilib.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində tərəflərə yardım etmək Rusiya xarici siyasətinin prioritetlərindən biridir və Rusiya prezidentinin diqqət mərkəzindədir. Hesab edirik ki, münaqişə yalnız siyasi-diplomatik vasitələrlə, tərəflər arasında dialoq yolu ilə həll oluna bilər. Bundan sonra da həm ATƏT-in Minsk qrupu həmsədrlərinin tərkibində, həm də istər Azərbaycan, istərsə də Ermənistanla yaxın münasibətlərimizi nəzərə alaraq milli keyfiyyətdə həll yoluna töhfəmizi verməyə davam edəcəyik", - şərhdə bildirilib. (report)

AzNews.az