Bütün olanlar bunun növbədənkənar seçkilərlə nəticələnəcəyini deməyə əsas verir Bütün olanlar bunun növbədənkənar seçkilərlə nəticələnəcəyini deməyə əsas verir

Paşinyan özünü Xilaskar İsa kimi təsəvvür edir - Robert Koçaryan

Bütün olanlar bunun növbədənkənar seçkilərlə nəticələnəcəyini deməyə əsas verir

“Baş nazir təkhakimiyyətliliyi itirir, özünü Xilaskar İsa olaraq təsəvvür edir”.

Bunu Ermənistanın keçmiş prezidenti, 2008-ci il martın 1-də baş verən etiraz aksiyalarının yatırılması ilə bağlı barəsində cinayət işi açılaraq həbs olunan Robert Koçaryan bildirib.

Jurnalistin “2020-ci illə bağlı hansı proqnozu verə bilərsiniz? Ermənistanı gələn il üçün hansı ssenari gözləyir” sualına cavabında deyib:

“Deputat mandatlarının sayından asılı olmayaraq, hakimiyyət bir nəfərin əlində uzun müddətə qalması mümkün deyil. Ölkəni idarə edə bilməməsi, fəaliyyətində sistemsizlik, hakimiyyətin legitimsizləşməsini artırıb. Baş nazirin fanatik tərəfdarı praktiki olaraq qalmayıb. İqtisadi və sosial siyasət sahələrində aydın istiqamətin olmaması səbəbindən ictimaiyyət tərəfindən də dəstək qazanmır. İki ziddiyyətli müxtəlifyönlü prosesin getdiyi göz önündədir. Baş nazir bir tərəfdən təkhakimiyyətliliyini itirir, digər tərəfdən isə özünü Xilaskar İsa olaraq təsəvvür edir. Bu da onun nüfuzunun azalmasını sürətləndirir. Bütün olanlar isə bunun növbədənkənar seçkilərlə nəticələnəcəyini deməyə əsas verir”.

Xocalı soyqırımının təşkilatçılarından olan Koçaryan beynəlxalq qurumların da Nikol Paşinyana demokratikləşmə ilə bağlı verdikləri möhlətin bitdiyini elan edəcəklər.

O, Rusiyanın Ermənistanda baş verənlərə münasibətini dəfələrlə aydın şəkildə ifadə etdiyini də vurğulayıb. Koçaryan Ermənistandakı hüquq-mühafizə orqanlarının, o cümlədən prokurorluq və məhkəmənin hökumətin təsiri altında olduğunu da söyləyib. (Report)

AzNews.az