Şəhid Eltun Qarayev əsgərlərin açdığı yaylım atəşi altında torpağa tapşırılıb Şəhid Eltun Qarayev əsgərlərin açdığı yaylım atəşi altında torpağa tapşırılıb

Şəhidin dəfni hər kəsi göz yaşına boğdu - Fotolar

Şəhid Eltun Qarayev əsgərlərin açdığı yaylım atəşi altında torpağa tapşırılıb

Bu gün 05:40 radələrində "Qazax" əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş əsgər Qarayev Eltun Elman oğlunun nəşi gündüz 15:00 radələrində doğulub, böyüdüyü Bərdə rayonunun Qazıqurdalı kəndinə gətirilib.

Şəhidin dayısı Ayaz bəy xəbərin ilk dəfə kənd inzibati ərazi vahidinin nümayəndə müavini tərəfindən ona çatdırıldığını bildirib.

Şəhidin anasının dediyinə görə, oğlu 10 ay imiş ki, hərbi xidmət keçirmiş. Hərbi xidmətdə olduğu müddətdə oğlu ilə görüşməyib. Mart ayının 14-də oğlunun ad gününə görə məzuniyyətə gələcəyini gözləyirmişlər.

Minlərlə insan selinin müşayətilə şəhid Eltun Qarayevin nəşi yaşadığı evdən qaldırılaraq Bərdənin Şəhidlər xiyabanına gətirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı və İH aparatının üzvləri, hüquq-mühafizə orqanlarınını rəhbər və əməkdaşları, hərbi hissə komandanlığı və əsgərləri, kollektiv rəhbərləri, rayon ictimaiyyətinin minlərlə nümayəndəsi iştirak ediblər.

Şəhid Eltun Qarayev əsgərlərin açdığı yaylım atəşi altında torpağa tapşırılıb.

Sonda hərbi hissə komandiri tərəfində şəhidin atasına Azərbaycan Respublikasının bayrağı təqdim olunub.

image description image description image description