- Qayıdış
- 28 Sentyabr 2020 12:41
- 1 954
"Raket atışları ilə düşmənin müqaviməti qırılır" -MN-dən yeni açıqlama
Polkovnik-leytenant Anar Eyvazov: "Düşmənin 24 tankı məhv edilib"
"Raket atışları ilə düşmən müqavimətinin qırılmasına məcbur edilir”.
Bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
O bildirib ki, Ermənistan tərəfinin Azərbaycan Ordusunun itkiləri ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur: “Bu, Ermənistan əhalisinin içində olan təşvişi azaltmağa xidmət edir. Kəşfiyyat məlumatlarına əsasən, düşmənin 24 ədəd tank və digər texnika, 15 ədəd OSA, 18 ədəd PUA-sı məhv edilib. Düşmən itkiləri arasında aşkar edilən bəzi cəsədlərin Suriyadan olan muzdlular olması müəyyənləşib. Ermənistan tərəfi bu məlumatı həm yerli, həm beynəlxalq ictimaiyyətdən gizlədir”./APA