“Azərbaycan Ordusu inamla irəliləyir” - Video

Görüntülərdə Azərbaycan əsgərinin qısa çıxışı yer alıb

Müdafiə Nazirliyi daha bir video yayıb.

AzNews.az xəbər verir ki, görüntülərdə Azərbaycan əsgərinin qısa çıxışı yer alıb:

“Azərbaycan Ordusu bu gün inamla irəliləyir. Düşmənin çoxlu sayda zirehli texnikası, hərbi və canlı qüvvələri məhv edilir. Öz ordumuzla fəxr edirəm. Xüsusilə Ali Baş Komandanımıza minnətdarlığımı bildirmək istəyirəm. Onun sayəsində Azərbaycan xalqının belə güclü ordusu var. Çıxışımı onun sözləri ilə bitirmək istəyirəm. Qarabağ Azərbaycandır!”