Samir Qəfərli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirmişdI Samir Qəfərli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirmişdI

Azərbaycanlı aktyor şəhid oldu

Samir Qəfərli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirmişdI

“Xəzər” telekanalında yayımlanan “Ata ocağı” serialının aktyoru Samir Qəfərli şəhid olub.

AzNews.az xəbər verir ki, bu haqda serialın rəsmi səhifəsində məlumat paylaşılıb.

“Şəhid Samir Qəfərli Möhlət oğlu doğulduğu Ucar rayonu Bərgüşad qəbirsanlığında dəfn edildi. Azərbaycan Ordusunun əsgəri, şəhid, 1993-cü ildə anadan olmuş Samir Qəfərli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirmişdi. “Ata ocağı” serialında rola çəkilmişdi. Azərbaycan respublikasının suverenliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Samirə Allah rəhmət eləsin, qəbri nurla dolsun, vətənin başı sağ olsun!”

Səidə

AzNews.az

image description