Paşinyanın qorxduğu başına gələ bilər Paşinyanın qorxduğu başına gələ bilər

Rəsmi Bakının "dəmir yumruğu" yenidən havaya qalxır

Paşinyanın qorxduğu başına gələ bilər

Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın son sərsəm açıqlamaları deyəsən, hamıdan çox məhz baş nazir Nikol Paşinyanı narahat edib...

Ola bilsin ki, Moskva görüşünün yekun nəticələrini, xüsusilə də, "qapalı qapılar" arxasındakı müzakirələrin ağır mühitini hələ tam unutmayan Nikol Paşinyan yaxınlaşan təhlükəni daha yaxşı təsəvvür edir...

İstənilən halda, rəsmi Bakının Ermənistana növbəti dəfə "qulaqburması" verməli olacağı qətiyyən istisna deyil...

Ermənilər hələ də ağıllanmayıblar. Heç ağıllacaq məxluqlara da bənzəmirlər. Hələ də məntiqini heç kimin anlamadığı mənasız "xəyallar"ın içərisində yırğalanırlar.

Etiraf etmək lazımdır ki, çox güclü fantaziya qabiliyyətləri var. Hər an, nəsə bir şey uydura bilirlər. Dünyada yalnız uydurmaqdan başqa heç nə bacarmayan yeganə toplum olduqları qətiyyən şübhə doğurmur.

Səbəbsə, çox sadədir. Özləri barədə çox "yüksək" fikirdədirlər. Başqalarının uğurlarını həzm edə bilmirlər. Heç bir xalqı və zəka sahibini bəyənmirlər.

Ancaq önəmli, həm də həll edilməsi mümkün olmayan ciddi bir problemləri var. Başqalarının reallığa çevirdiyi kəşfləri, avanqard inkişaf örnəklərini bəyənməsələr də, özləri heç nə yarada bilmirlər. Ona görə də, davamlı olaraq, uydurmağa çalışırlar. Və uydurduqları hər şey də milli peşələrindən biri olan başqalarının milli-mədəni, tarixi irsinin oğurlanıb, mənimsənilməsinə bəhanə məqsədi daşıyır.

Dediklərinə görə, guya "dünyanın ən qədim xalqı"dırlar. Az qala dinozavrlar ilə həmyaşıd olduqlarını sübut etməyə çalışırlar. Hətta Tiqran adında bir "kral"larının olduğunu da iddia edirlər. Ancaq bu Tiqranın qurduğu mifik "krallığın" coğrafi məkanını hələ də göstərə bilmirlər.

Əlbəttə, yəqin ki, keçmişdə də, elə indi də bunların Tiqranları olub. Ancaq keçmişdəki Tiqranların heç birisi "kral" olmayıb. Dünya tarixinə Tiqran adlı hər hansı "kral" ümumiyyətlə, məlum deyil. Tarixi vərəqlədikcə, ortaya çıxan yeganə həqiqət budur ki, bütün Tiqranlar yalnız nökər olublar.

İndiki Tiqranlar barədəsə, danışmağa belə, dəyməz. Çünki, indiki Tiqranların işi vaxtilə Qarabağ feodallarının qapısında nökər olmuş Tiqranların "kral" olması barədə "əfsanələr" uydurmaqdan ibarətdir. Və nökərdən "kral" düzəltmək isə yalnız erməni "xəyallar"nın məhsulu ola bilər.

Guya indi bir dövlətləri var. Halbuki heç onu da özləri qurmayıblar. Azərbaycanın tarixi ərazilərində yaradılan bu "dövlətə" də Rusiya imperiyasının sayəsində sahiblənə biliblər. Dinozavrlar ilə həmyaşıd olduqlarını iddia edirlər, ancaq paytaxtları tarixi Azərbaycan şəhəridir. Cəmisi yüz il əvvəl sovet hakimiyyəti qurularkən, bolşeviklər İrəvanı Azərbaycandan qoparıb, bunlara verib.

Din deyirsən, normal dinləri, imanları da yoxdur. Xristian olduqlarını deyirlər, ancaq özlərinə bu dinlə heç bir bağlantısı olmayan, "Qriqoryanlıq" adı altında qəribə bir sərsəmləmə uydurublar. Guya, Tanrı bu dini məxsusi ermənilər üçün göndəribmiş. Amma anlamırlar ki, Tanrı erməniləri yer üzünə insanların "insan necə olmamalıdır, hansı pis əməlləri etməməlidir" kimi suallara doğru cavab tapmaları üçün örnək olaraq, göndərib.

Mədəniyyət deyirlər, amma nə bir normal bəstəkarları, nə də yazıçıları var. Başqalarının, əsasən də Azərbaycan mədəniyyətinin nümunələrini oğurlayıb, erməniləşdirməklə məşğuldurlar.

Maraqlıdır ki, bunların başqalarından çırpışdırma vərdişləri artıq öz aralarında belə, mübahisələrə səbəb olmağa başlayıb. Erməni mediasının xəbərinə görə, Ermənistan tarixində ilk dəfə iki yüksək rütbəli məmur Şuşa şəhərinin kimə məxsus olması ilə bağlı mübahisə ediblər.

Hətta bu mübahisə ermənilər arasında belə, sensasiya sayılır. Çünki bu toplum adətən, "hər şey bizimdir" qənaətinə vərdişlidir.

Ermənilərin Ara Ayvazyan adlı bir xarici işlər naziri var. O, Qarabağ xanlığının simvolu olan tarixi Azərbaycan şəhərini ermənilərə calamağa çalışıb: "Şuşi (Şuşa) bir erməni mədəniyyət mərkəzidir. Kimin nə elan etməsindən asılı olmayaraq, Şuşinin türk mədəniyyət mərkəzi ola biləcəyi ilə razılaşmırıq".

Əlbəttə, Ermənistanda belə yarımağıl adamların siyasi rəhbərlikdə təmsil olunması Azərbaycan üçün sərfəlidir. Çünki məhz belə gerizəkalılar Ermənistanı uçuruma aparacaq, Azərbaycanın isə elə də ciddi əziyyət çəkməsinə ehtiyac qalmayacaq.

Bu adamın Şuşanın erməni mədəniyyət mərkəzi olmasını deməsi ağıl tutulmasından başqa bir şey deyil. Tarixi faktları bir tərəfə buraxaq. Çünki bunlar uydurma tarixlə "dinozavrlar dövründən gəldiklərini" iddia edirlər.

Amma mədəniyyət qəliz sahədir, axı... Onu uydurmaq o qədər də asan deyil. A.Ayvazyan bilmir ki, hansısa toplumun mədəniyyət mərkəzinin olması üçün əvvəlcə mədəniyyətin özü də olmalıdır. Əgər, erməni cəmiyyəti normal tarixi və müasir mədəniyyət örnəklərinə sahib deyilsə, belə iddianı yalnız sərsəm təfəkkürün təsiri altında dilə gətirmək mümkündür.

Bəlkə də, Ermənistanın xarici işlər naziri həmin sərsəmləmə anında narkotik maddələrin təsiri altında olub. Çünki bu adamın narkoticarət sahəsində geniş fəaliyyətinin olması barədə məlumatlar mövcuddur. Hətta Cənubi Amerika ölkələrindən birində səfir olarkən qalmaqallı cinayətlərə bulaşdığı da bildirilir. Və belə bir cinayətkar indi Ermənistanın xarici siyasət kursunu həyata keçirir.

Onu da qeyd edək ki, A.Ayvazyanın sərsəmləməsinə elə öz baş naziri cavab vermək məcburiyyətində qalıb. Belə ki, baş nazir Nikol Paşinyan parlamentdə çıxış edərək, "Münaqişəyə qədər Şuşa əhalisinin 90 faizi azərbaycanlılardan ibarət olub” deyib. Ardıncasa, “Yəni, demək istəyirsiniz ki, 90 faiz və daha çox azərbaycanlı əhaliyə malik olan Şuşa erməni şəhəridir?" sualı ilə xarici işlər nazirinin açıqlamasından narahat olduğunu biruzə verib.

Belə anlaşılır ki, deyəsən, Ermənistanın siyasət səhnəsində və özünün rəhbərlik etdiyi hökumətdə az-çox ağlı başında olan da elə Paşinyandır. Ancaq N.Paşinyanın özü də yenicə ağıllanmağa başlayıb. Çünki, ötən ilin əvvəllərində o da sərsəm açıqlamalar verirdi. Sonra Azərbaycanın "dəmir yumruğu" qafasına dəydi. Ağlı başına gəlməyə başladı.

İndi baş nazir Nikol Paşinyan Azərbaycana məxsus olan ən xırda bir şeyin belə, erməniləşdirilməsi cəhdinə rəsmi Bakının necə qıcıqlandığını və dərhal sarsıdıcı zərbə ilə cavab verdiyini hamıdan daha yaxşı bilir.

Digər tərəfdən, A.Ayvazyan bilməsə də, hər halda, N.Paşinyan Moskva görüşünün yekun nəticələrini, xüsusilə də, "qapalı qapılar" arxasında aparılan müzakirələrin ağır mühitini hələ unutmayıb.

Erməni baş nazir anlayır ki, A.Ayvazyanın açıqlamasının Ermənistana heç bir faydası yoxdur. Əksinə, bu tipli açıqlamalar qəzəblənmiş rəsmi Bakını Ermənistana qarşı növbəti dəfə sərt addımlar atmağa sövq edə bilər.

Böyük ehtimalla ənənəvi erməni xəyallarından nisbətən ayılmaq məcburiyyətində qalmış baş nazir N.Paşinyan məhz bu təhlükədən narahatdır. Çünki Ermənistanın Azərbaycandan gələcək hər hansı növbəti zərbəyə tab gətirmək imkanı mövcud deyil. Üstəlik, erməni provakasiyaları ucbatından Azərbaycan sərt addımlar atmaq qərarı verərsə, bu dəfə Ermənistanı heç Rusiya da xilas edə bilməyəcək.

Ona görə də, belə anlaşılır ki, N.Paşinyanın qorxduqları başına gələ bilər. Erməni baş nazir isə deyəsən, bunu qətiyyən istəmir. Və bu səbəbdən də, Ermənistanın xarici işlər nazirinin sərsəmləməsinin doğura biləcəyi ağır nəticələrin qarşısını vaxtında almağa çalışır.

Ancaq N.Paşinyan xarici işlər nazirinin səhvini düzəltməyə çalışsa da, hər halda, rəsmi Bakının yaxın vaxtlarda Ermənistana qulaqburması verə biləcəyi də qətiyyən istisna deyil. Çünki ermənilərə heç bir məsələdə güzəşt etmək olmaz.

Əgər, səhv etdilərsə, deməli, "dəmir yumruğun" acısını unutmağa başlayıblar və yenidən cəsarətlənə biləcəklərini düşünürlər. Belə hallarda, dərhal "dəmir yumruğun" acısını onların yadına salmaq ən effektiv üsul rolunu oynaya bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu