Azərbaycan əsilli fotoqraf Natəvanın məzarından şok kadrlar paylaşdı

"Şairdən qorxan kimdir?"

Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati bu dəfə işğaldan azad edilən Ağdamda Xan qızı Natəvanın dağıdılmış məzarından fotolar və video paylaşıb.

"Facebook" səhifəsində sözügedən məzardan danışan Deqati bildirib ki, Xurşudbanu Natəvanın sümükləri məzarından çıxarılaraq aparılıb: "Hər şeyin, ehtimal ki, şairin çəkdirdiyi su kəmərindən su içmiş insanlar tərəfindən qəsdən məhv edildiyini, Natəvanın məzarına hücumu və hətta bütün sümüklərinin aparıldığını görüb böyük şok keçirdim. Şairdən qorxan kimdir?" (sputnik)

AzNews.az