Birgə konstruktiv işlərin əhəmiyyəti vurğulanıb Birgə konstruktiv işlərin əhəmiyyəti vurğulanıb

Ara Ayvazyan Lavrovu aradı

Birgə konstruktiv işlərin əhəmiyyəti vurğulanıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanın XİN rəhbəri Ara Ayvazyanla telefon danışığı olub.

AzNews.az TASS-a istinadən xəbər verir ki, telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr bəyanatının reallaşdırılması istiqamətində işlər müzakirə olunub.

Həmçinin, təhlükəsizlik aspektləri, humanitar komponent, iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması məsələlərinə toxunulub.

Bu kontekstdə bütün region ölkələrinin maraqlarının üst-üstə düşməsi və birgə konstruktiv işlərin əhəmiyyəti vurğulanıb.