"Təəssüratlar ən məyusedicidir, axı həyatsız şəhərə necə baxmaq olar?!" "Təəssüratlar ən məyusedicidir, axı həyatsız şəhərə necə baxmaq olar?!"

RBK-nın xüsusi müxbiri: “Ağdamda sanki nüvə partlayışı olub”

"Təəssüratlar ən məyusedicidir, axı həyatsız şəhərə necə baxmaq olar?!"

“Azərbaycanın Qarbağın bərpasına, ilk novbədə də burada infrastrukturun bərpasına çox ciddi yanaşdığını görürəm. Həyatın bərpa olunması çox gözəldir”.

Bunu Azərbaycanın erməni işğalından azad edilmiş rayonlarına səfər etmiş Rusiyanın RBK telekanalının xüsusi müxbiri Artyom Patyomin deyib.

Jurnalist gördüklərinin yaratdığı təəssüratlardan danışıb: “Uzun zaman burada heç nə olmayıb. Ağdamda elə təəssürat var ki, sanki nüvə partlayışı olub. Demək olar, heç bir ev salamat qalmayıb. Təəssüratlar ən məyusedicidir, axı həyatsız şəhərə necə baxmaq olar?! Ağdamdan məcburi şəkildə köçkün düşən şəxslərlə görüşmüşəm. Onlar kiçik vətənlərini göz yaşları ilə xatırlayırlar və qayıtmağı çox istəyirlər. Ümid edirəm ki, sizdə hər şey alınacaq, şəhər bərpa olunacaq və onlar geri qayıda biləcəklər”.(report)

AzNews.az