Saziş hələ 2018-ci ilin sentyabrın 13-də imzalanıb Saziş hələ 2018-ci ilin sentyabrın 13-də imzalanıb

Qazaxıstan Türkiyə ilə hərbi əməkdaşlıq sazişini təsdiqlədi

Saziş hələ 2018-ci ilin sentyabrın 13-də imzalanıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında hərbi əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi haqqında” qanunu imzalayıb.

“Report” xəbər verir ki, bunu dövlət başçısının mətbuat xidməti bildirib.

Saziş hələ 2018-ci ilin sentyabrın 13-də imzalanıb. Sənədin əsas məqsədi Qazaxıstan və Türkiyə arasında bərabərlik və qarşılıqlı fayda prinsiplərinə əsaslanan uzunmüddətli hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsidir. İki ölkə arasındakı qarşılıqlı münasibətlər hərbi təlim və təhsil, birgə təlimlər, müdafiə sənayesi, sülhməramlı əməliyyatlar, hərbi, elmi və texniki tədqiqatlar və bir sıra digər sahələr kimi hərbi əməkdaşlıq istiqamətlərini ehtiva edir.

Xatırladaq ki, Türkiyə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO), Qazaxıstan isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür.