O, sabiq rəisin müharibənin ilk günlərində döyüşlərin dayandırılmasını tələb etmədiyini deyib O, sabiq rəisin müharibənin ilk günlərində döyüşlərin dayandırılmasını tələb etmədiyini deyib

Paşinyan sabiq baş qərargah rəisini yalan danışmaqda ittiham etdi

O, sabiq rəisin müharibənin ilk günlərində döyüşlərin dayandırılmasını tələb etmədiyini deyib

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin silahlı qüvvələrinin sabiq baş qərargah rəisi Onik Qasparyanı növbəti dəfə ittiham edib.

Erməni KİV-lərinin məlumatına görə, N.Paşinyan parlamentdə çıxışı zamanı sabiq rəisin müharibənin ilk günlərində döyüşlərin dayandırılmasını tələb etmədiyini deyib.

Qeyd edək ki, ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Onik Qasparyan açıqlama verərək müharibənin ilk günlərində döyüşlərin dayandırılmasını tələb etdiyini, əks təqdirdə Ermənistan ordusunun ağır itkilər verəcəyini deyib.

Aznews.az