"Putinlə də danışıqları bu adam aparırdı, sazişi də özü imzaladı” "Putinlə də danışıqları bu adam aparırdı, sazişi də özü imzaladı”

Ermənistanın keçmiş baş naziri Paşinyana od püskürdü

"Putinlə də danışıqları bu adam aparırdı, sazişi də özü imzaladı”

“Paşinyan xain və kapitulyantdır”.

Bu sözləri Ermənistanın keçmiş baş naziri, “Vətəni xilas uğrunda hərəkat”ın üzvü Hrant Baqramyan Nikol Paşinyanın bu gün parlamentdə etdiyi çıxışa şərh verərkən səsləndirib.

Hrant Baqramyan eyni sözləri hazırkı prezident Armen Sarkisyana da aid etdiyini bildirib.

“Paşinyan bir vaxt günahkar olduğunu deyirdi, indi isə tam əksini söyləyir və bütün məsuliyyəti boynundan atır. Lakin ordu da onun idi, Putinlə də danışıqları bu adam aparırdı, sazişi də özü imzaladı”, - deyə Hrant Baqramyan bildirib.

Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan bu gün parlamentdə verdiyi hesabatda Qarabağ müharibəsi ilə bağlı geniş çıxış edib və bir sıra detalları açıqlayıb.

AzNews.az