Paşinyan özü 2018-ci ildə etdiyi çıxışlarından birində aşağıdakıları bəyan edib Paşinyan özü 2018-ci ildə etdiyi çıxışlarından birində aşağıdakıları bəyan edib

Erməni vəkil Paşinyanı məhkəməyə verdi

Paşinyan özü 2018-ci ildə etdiyi çıxışlarından birində aşağıdakıları bəyan edib

Erməni vəkil Tiqran Atanesyan Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanı məhkəməyə verib.

AzNews.az xəbər verir ki, bu barədə “Datalex.am” məhkəmə informasiya sisteminin saytında bildirilir.

Məlumata görə, Atanesyan məhkəmədə Paşinyanın Baş nazir vəzifəsini icra edən postunda olması ilə bağlı iddia qaldırıb. Vəkil hesab edir ki, Prezident Armen Sarkisyan hökumətin istefası haqqında sənədi imzaladıqdan sonra Paşinyanın bu vəzifədə səlahiyyəti başa çatmalı idi.

İşə hakim Qriqor Arakelyan baxacaq. Cavabdeh Baş nazir vəzifəsini icra edəndir.

Qeyd edək ki, Paşinyan özü 2018-ci ildə etdiyi çıxışlarından birində aşağıdakıları bəyan edib: “Ermənistan Respublikası qanunvericiliyinin hüquqi təhlili göstərdi ki, Baş nazir istefaya gedərsə, onun vəzifəsini müvəqqəti icra edən ola bilməz”.

Paşinyan aprelin 25-də istefa verib. Ermənistan Prezidenti artıq hökumətin istefasını qəbul edib. Lakin Paşinyan 20 iyuna təyin edilmiş növbədənkənar parlament seçkilərinədək Baş nazirin vəzifələrini müvəqqəti icra etmək niyyətindədir.