Prezidentinin ehtiyat fondundan ilkin olaraq 3,0 (üç) milyon manat vəsait ayrılıb Prezidentinin ehtiyat fondundan ilkin olaraq 3,0 (üç) milyon manat vəsait ayrılıb

Şuşada yeni məktəb tikiləcək

Prezidentinin ehtiyat fondundan ilkin olaraq 3,0 (üç) milyon manat vəsait ayrılıb

Prezident İlham Əliyev Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Aznews.az xəbər verir ki, sərəncama əsasən Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat vəsait ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.