- Qayıdış
- 31 İyul 2021 16:44
- 13 044
Basarkeçərdə doğulmuş deputatdan Basarkeçərdə doğulmuş deputata sərrast cavab
Sahib Alıyev: "Hansısa hayın uçurtduğu dronu vurublar"
"Ermənistanın Müdafiə Nazirliyi Göyçənin üzərində Azərbaycanın bir PUA-sını vurduqlarını bildirmişdi. Azərbaycanın Müdafiə Nazirliyi isə bu iddianı qətiyyətlə rədd etmişdi. Ermənistan parlamentinin növbədənkənar sessiyasında bu məsələyə aydınlıq gətirildi".
Bu barədə Milli Məclisin deputatı Sahib Alıyev öz Facebook səhifəsində yazıb. O, sözlərinə belə davam edib:
"Sessiyanın gündəliyinə çıxarılan qanunlardan biri də vətəndaşların və turistlərin ölkənin sərhədləri üzərində iznsiz dron uçurub çəkiliş aparmalarına qadağa qoyulması haqdadır. Buradan belə anlaşılır ki, Ermənistanın Hərbi Hava Qüvvələri, daha doğrusu bu ad altında eşələnənlər hansısa bir hayın uçurtduğu dronu vurub Azərbaycanın PUA-sı kimi təqdim ediblər. Və belə halların gələcəkdə də təkrarlanması ehtimalı olduğundan onun qarşısını bu qanunla almaq istəyirlər".
Xatırladaq ki, Ermənistanın Basarkeçərdə doğulmuş deputatı və Ermənistanın bizim keçmiş "Beynəlxalq Universitet"ə bənzər qondarma "ali məktəb"inin jurnalistika fakültəsini bitirmiş Taguhi Tovmasyan dünən səhər bir şəkil yaymışdı. O, ölkəsinin Müdafiə nazirliyinə istinad edərək bildirirdi ki, guya hava sərhədini pozan Azərbaycan PUA- larının qarşısını alıblar. Aysor.am adlı erməni saytı isə 31 oktyabr 2020-də həmin şəkli paylaşaraq iddia etmişdi ki, Xankəndi səmalarında Azərbaycan dronu vurulub.
Basarkeçerdə doğulmuş deputat Sahib Alıyevin açıqlamasını Basarkeçərdə doğulmuş deputat Tovmasyana sərrast cavab hesab etmək olar.
AzNews.az