Məqalə ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür Məqalə ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür

Moldova mediasında AŞ-nin Ermənistana çağırışına dair məqalə dərc edilib

Məqalə ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür

Avropa Şurası Parlament Assambleyasının Miqrasiya Komitəsi tərəfindən verilən bəyanatda Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində basdırılmış bütün minaların xəritələrini verməsinə dair çağırış edilib.

Aznews.az xəbər verir ki, Azərbaycanın Moldovadakı səfirliyindən verilən məlumata görə, bu barədə Moldovanın məşhur xəbər portalı “Noi”də dərc olunan məqalədə deyilir.

Məqalədə Komitənin hər iki ölkə üçün ikinci Qarabağ müharibəsinin humanitar nəticələrinin aradan qaldırılması məqsədilə qısa və uzunmüddətli perspektivlərə əsaslanan bir sıra tövsiyələr hazırladığı bildirilir.

Məqalədə qeyd edilir ki, Komitə noyabrda imzalanmış üçtərəfli bəyanatdan sonra mina partlayışları nəticəsində 159 azərbaycanlının öldüyünü və ya yaralandığını təəssüf hissi ilə bildirib və Ermənistanı "bütün minalanmış ərazilərin xəritələrini dərhal verməyə" çağırıb.

Məqalə ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür:

https://noi.md/ru/v-mire/sovet-evropy-prizval-armeniyu-obnarodovati-karty-vseh-minnyh-polej-v-karabahe

https://noi.md/md/in-lume/consiliul-europei-a-cerut-armeniei-sa-publice-hartile-tuturor-cimpurilor-minate-din-karabah