ECHR-a şikayət ərizəsində N.Paşinyan həmin qərarın qanunsuz olduğunu bildirib ECHR-a şikayət ərizəsində N.Paşinyan həmin qərarın qanunsuz olduğunu bildirib

Nikol Paşinyan Avropa Məhkəməsində Ermənistana qalib gəlib

ECHR-a şikayət ərizəsində N.Paşinyan həmin qərarın qanunsuz olduğunu bildirib

Avropa İnsan Hüquqları Məhkəməsi (ECHR) “Nikol Paşinyan Ermənistana qarşı” işinə dair qərarını açıqlayıb.

AzNews.az “Report”a istinadən xəbər verir ki, Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsi, həmçinin 5-ci maddəsinin 1-ci bəndi pozulub.

Ermənistan Baş naziri Nikol Paşinyanın iddiası 2008-ci il 19 fevral tarixli prezident seçkilərilə bağlıdır. Seçkilər zamanı namizədlərdən biri, sabiq dövlət başçısı Levon Ter-Petrosyanın fəal tərəfdarı və seçki qərargahının üzvü olan N.Paşinyan bildirib ki, martın 1-də İrəvandakı Azadlıq meydanında çadırlar quran mitinq iştirakçılarına polis hücum edib və onları qəddarlıqla döyüb.

2009-cu ilin 3 iyul tarixində N.Paşinyan İrəvan şəhəri Kentron və Nork Maraş Dairə Məhkəməsi tərəfindən 2 ay müddətli həbs cəzasına məhkum edilib.

ECHR-a şikayət ərizəsində N.Paşinyan həmin qərarın qanunsuz olduğunu bildirib.