Ermənistanın Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb Ermənistanın Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb

Paşinyan Konstitusiyaya Dəyişikliklər Şurasının tərkibini təsdiqləyib

Ermənistanın Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb

Ermənistanda Konstitusiyaya Dəyişikliklər Şurasının tərkibi açıqlanıb.

“Sputnik Armenia” xəbər verib ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Baş nazir Nikol Paşinyanın qərarı ilə siyahı təsdiqlənib.

Şuranın sədri ədliyyə naziri Karen Andreasyan olacaq. Şuranın tərkibinə Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan, parlamentin dövlət-hüquq məsələləri üzrə komissiyasının rəhbəri Vladimir Vardanyan, Ombudsman Kristine Qriqoryan daxil edilib.

Aznews.az