Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb

Azərbaycan MN: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb

Aznews.az xəbər verir ki, mayın 14-ü saat 11:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.

"Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb", - qurumdan bildirilib.