"Snayper həddi" müsabiqəsinin epizodları icra olunur - FOTO

Azərbaycan snayperləri birinci mərhələnin daha iki çalışmasını uğurla yerinə yetiriblər

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsində müxtəlif epizodlar icra olunur.

Aznews.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən xəbərə görə, Azərbaycan snayperləri birinci mərhələnin daha iki çalışmasını uğurla yerinə yetiriblər.

Hərbi qulluqçular müxtəlif mövqelərdən 300-600 metr məsafədə yerləşən xüsusi hədəfləri məhv etməklə öz ustalıqlarını nümayiş etdiriblər.

image description