Putin Şoltsla Ukraynanı müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin Almaniya federal kansleri Olaf Şoltsla telefon danışığı aparıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiyada 15 nəfərin öldüyü kafenin azərbaycanlı sahibi saxlanılıb - VİDEO
Rusiyada helikopter qəzasında 2 nəfər ölüb
Lukaşenko deyib ki, ABŞ Ukraynaya Rusiya ilə danışıqlara başlamağa imkan vermir
Bildirilib ki, Putin və Şolts Ukrayna ətrafındakı vəziyyətin müxtəlif aspektlərini müzakirə ediblər. Putin Rusiyanın xüsusi hərbi əməliyyatın keçirilməsinə prinsipial yanaşmalarını ətraflı izah edib.

"Putin və Şoltsun telefon danışığı zamanı Kiyevi silahla təmin edən və hərbçilərinin hazırlığını həyata keçirən Qərbin destruktiv xəttinə diqqət yetirilib", deyə Kremlin məlumatında qeyd olunub.

Aznews.az