- Münaqişə ocağı
- 31 May 13:02
- 4 033
Tezliklə ölkə ərazisindəki separatçı ünsürlərin fəaliyyətinə son qoyulacaq - Deputat

“Bizim üçün o separatçı xuntanın nümayəndələrinin fikirlərinin heç bir əhəmiyyəti və önəmi yoxdur”.
Bunu AzNews.az-a Xankəndidə yerləşən separatçı rejimin bəyanatlarına münasibət bildirərkən Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
Deputat bildirib ki, bizim üçün həmin o separatçı xuntanın nümayəndələrinin fikirlərinin heç bir əhəmiyyəti və önəmi yoxdur:
"Xankəndidə mövcud olan hərbi xuntanın nümayəndələri yenə sərsəm bəyanatlar səsləndiriblər. Onlar Azərbaycanın təkliflərini qəbul etməyəcəklərini qeyd edib. Bizim üçün həmin o separatçı xuntanın nümayəndələrinin fikirlərinin heç bir əhəmiyyəti və önəmi yoxdur. Biz yalnız orada yaşayan dinc sakinlər üçün öz təkliflərimizi verdik. Ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da Azərbaycanı tərk edib başqa yerə köçərək orada özlərinə yaşayış yeri tapmalıdırlar. Məncə, hərbi xuntanın nümayəndələri tərəfindən verilən sonuncu bəyanatlar, Azərbaycanın təkliflərini qəbul etməmək, onun ərazi bütövlüyü çərçivəsində yaşaya bilməyəcəklərini qeyd etmək onların son çırpınışlarıdır. Artıq onlar başa düşürlər ki, mövcudluqlarını davam etdirə bilməyəcəklər, ömürlərinin sonuna az qalıb".
T.Gəncəliyev vurğulayıb ki, Azərbaycanın suveren ərazilərində heç bir hərbi xuntanın, silahlı qanunsuz birləşmələrin mövcudluğuna imkan verilməyəcək.
"Prezident Laçındakı son çıxışında qeyd etdi ki, həmin aqressiv separatçı ünsürlər, hərbi xunta nümayəndələri özləri üçün vəzifələr müəyyən ediblər. “Deputatlar”, “nazirlər” və digər qondarma vəzifələr altında orada fəaliyyət göstərirlər. Hesab edirəm ki, bütün bunlara son qoyulacaq. Azərbaycanın suveren ərazilərində heç bir hərbi xuntanın, silahlı qanunsuz birləşmələrin mövcudluğuna imkan verilməyəcək. Artıq bununla bağlı yetərincə xəbərdarlıqlar edilib. Mövqeyimiz də ortadadır. Mən əminəm ki, bu istiqamətdə tezliklə müvafiq addımlar atılacaq və Azərbaycan ərazisində mövcud olan bütün separatçı, aqressiv ünsürlər, hərbi xunta nümayəndələrinin hamısının fəaliyyətinə son qoyulacaq”.
Rəşid Qarayev