“Bu itki mənim üçün çox ağırdır”. “Bu itki mənim üçün çox ağırdır”.

Ömər Eldarov həyat yoldaşının ölümündən danışdı: “...yoxsa hələ yaşayacaqdı”

“Bu itki mənim üçün çox ağırdır”.

Bunu AzNews.az-a açıqlamasında xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov həyat yoldaşının ölümündən danışarkən deyib. O, bildirib ki, həyat yoldaşı Erna Eldarova uzun zamandır ki, ağır xəstəlikdən əziyyət çəkirmiş:

“Xəstəydi. Uzun illərdi, ürəyində problem vardı. Ayaqları da tutulmuşdu. Əlbəttə ki, ağırdır, ömür-gün yoldaşımı itirmişəm. Amma neyləmək olar, həyat davam edir. İşləməliyik ki, yaşayaq. Allah bütün ölənlərə rəhmət eləsin”.

Ömər Eldarov həyat yoldaşının 90 yaşında vəfat etdiyini deyib: “Ayaqları imkan vermədi, yoxsa hələ yaşayacaqdı”.

Qeyd edək ki, Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarova ağır itki üz verib. Heykəltəraşın həyat yoldaşı Erna Eldarova vəfat edib.

Bahar RÜSTƏMLİ
AzNews.az