“Şaxta babaya məktub” - xeyriyyə aksiyası keçiriləcək “Şaxta babaya məktub” - xeyriyyə aksiyası keçiriləcək

Şaxta Baba məktuba hədiyyə ilə cavab verəcək

“Şaxta babaya məktub” - xeyriyyə aksiyası keçiriləcək

A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası “Şaxta babaya məktub” adlı xeyriyyə aksiyası keçirəcək.

AzNews.az-ın məlumatına görə dekabrın 25-də, saat 12:00-də baş tutacaq aksiyada Bakının uşaq evi, internat məktəbi və sığınacaqlarında yaşayan 50-60 nəfər uşağın Şaxta Babaya ünvanladıqları məktublardakı rəngarəng arzuları reallaşdırılacaq.

Belə ki, aksiya təşkilatçılarının ünvanına göndərilən onlarla məktubdakı istəklər alınaraq tədbir günü Şaxta Baba tərəfindən onlara təqdim olunacaq.

Bundan başqa, tədbirdə “İki meşənin nağılı” tamaşası nümayiş olunacaq.

Tamaşnı səhnələşdirənlər Qurban Məsimov, Səidə Haqverdiyeva, quruluşçu rejissor Günay Səttar, quruluşçu rəssam İqbal Əliyev, bəstəkar Vüqar Camalzadədir.

Tamaşada uşaqlara sevimli nağıl qəhrəmanlarının səhnə çələngi təqdim olunacaq.

AzNews.az