"Halbuki, sayğac 1700 limiti keçməyib..." "Halbuki, sayğac 1700 limiti keçməyib..."
  • Toplum
  • 19 Dekabr 2018 11:29
  •  9 339

“16 manat yüklədim, “Azəriqaz” yarısını oğurladı” - Xalq artisti qurumu ittiham etdi

"Halbuki, sayğac 1700 limiti keçməyib..."

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlik “Azəriqaz” İstehsalat Birliyini oğurluqda ittiham edib.

Aktyor AzNews.az-a açıqlamasında bildirib ki, yaşadığı Mirəli Qaşqay küçəsi 28, blok 22, mənzil 3 ünvanına məxsus qaz sayğacı “Azəriqaz”ı n bir il üçün təyin etdiyi 1700 kubmetr baza limitini keçmədiyi halda, istifadə etdiyi hər kubmetr qazın dəyəri 20 qəpiklə hesablanır:

“Qaz sayğacına 16 manat yüklədim. “Azəriqaz” onun 50% -ni oğurladı. Halbuki, sayğac 1700 limiti keçməyib. Hazırda sayğacda 1452 göstərilir”.

“Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev AzNews.az-a açıqlamasında bildirib ki, hər hansı bir abonent qazla bağlı kurs və ödəniş xidmətlərini istər şifahi, istərsə də yazılı formada Asan Xidmətdən əldə edə bilər:

“Ramiz Məlik də sözügedən xidmətə müraciət etsin və limiti keçib-keçmədiyi ilə bağlı baza məlumatını əldə etsin”.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının 22 dekabr 2016-cı il tarixli qərarına uyğun olaraq 2017-ci il yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1 700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1 700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. Bu il üçün təyin olunmuş limit dekabr ayının sonunda sıfırlanacaq, 2017-ci ildə olduğu kimi, 2018-ci il yanvarın 1-dən etibarən əhali istehlakçılarının illik istehlak həcmi 1 700 kubmetr (170 AZN) 10 qəpik tarifi ilə, illik istehlak həcminin 1 700 kubmetrdən (170 AZN) artıq olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifi ilə hesablanacaq.

Bahar RÜSTƏMLİ
AzNews.az