Onlar nazirdən ADO teatrına dəstək verilməsini xahiş ediblər Onlar nazirdən ADO teatrına dəstək verilməsini xahiş ediblər

200-dən çox incəsənət adamı Əbülfəs Qarayevə müraciət etdi

Onlar nazirdən ADO teatrına dəstək verilməsini xahiş ediblər

ADO teatrı ilə bağlı 200-dən çox incəsənət adamı Mədəniyyət naziri Əbülfəs Qarayevə müraciət edib.

Bu barədə AzNews.az-a teatrın bədii rəhbəri Elmin Bədəlov məlumat verib. O, qeyd edib ki, ADO teatrı yaranmış maliyyə çətinlikləri ilə bağlı məkanını itirə bilər. Bu üzdən 200-dən çox incəsənət nümayəndəsi mədəniyyət naziri Əbülfəs Qarayevə açıq müraciət edərək teatra dəstək verməsini xahiş edib.

Onların arasında xalq artisti Fəxrəddin Manafov, Ramiz Novruz, Afaq Bəşirqızı, Həmidə Ömərova, Bəsti Cəfərova, Rəfael Dadaşov, Mərahim Fərzəlibəyov, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və başqalarının adı var.

Bahar RÜSTƏMLİ
AzNews.az