Kitab 76 səhifədən ibarətdir Kitab 76 səhifədən ibarətdir

Gənc şair Fuad Cəfərlinin şeirlər kitabı işıq üzü gördü - FOTO

Kitab 76 səhifədən ibarətdir

Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü şair Fuad Cəfərlinin yeni şeirlər kitabı çapdan çıxıb.

AzNews.az-ın məlumatına görə, “Latın sükutu” kitabının ön sözünü tanınmış şair Səlim Babullaoğlu yazıb.

Korrektorları Tural Turan və Ulucay Akifdir. Kitab 76 səhifədən ibarətdir. “Latın sükutu”nda şairin son illərdə qələmə aldığı şeirlər toplanıb.

F.Cəfərlinin şeirlər kitabı Azərbaycan Yazıçılar Birliyinin AYB Kitab layihəsi çərçivəsində çapdan çıxıb.

Kitabın təqdimatı fevralın 23-ü, saat 14:00-da AMEA-nın “Akademkitab” kitab evində keçiriləcək.

Qeyd edək ki, “Latın sükutu” Fuad Cəfərlinin oxucularla ikinci görüşüdür.

AzNews.az