- Mədəni adam
- 27 Mart 2019 11:10
- 3 091
Pikassonun sevgilisinin oğurlanan portreti tapıldı - 20 il sonra

Əsər keçmiş sahibi ƏbdülMalik əl-Şeyxə qaytarılacaq.
Dünyaca məşhur ispan rəssamı Pablo Pikassonun 20 il əvvəl oğurlanan və 25 milyon dəyərində olan "Qadının büstü" rəsm əsəri holland rəsm dedektivi Artur Brend tərəfindən tapılıb.
"İndiana Cons" olaraq tanınan dedektiv bu əsərin axtarışına 2015-ci ildən başlamışdı. Onun araşdırmalarına görə, əsər son olaraq bir iş adamının əlinə keçmişdi.
Brend bu məlumatı polisə bildirsə də, hadisənin üstündən çox keçdiyi üçün polis bu barədə axtarışa başlamamışdı. Bir neçə gün sonra isə əsər Brendin Amsterdamdakı evinin qarşısına qoyulub. Əsər 4 milyon avro sığorta məbləğinin ödənilməsi halında keçmiş sahibi ƏbdülMalik əl-Şeyxə qaytarılacaq.
AzNews.az bildirir ki, bu əsər 1939-cu ildə çəkilib və Pikassonun sevgilisinin portretidir. Əsər oğurlandıqdan sonra onun tapılması üçün 400 min avro mükafat veriləcəyi elan edilmişdi.
Cavidan Mirzəzadə
AzNews.az