Yazıçıya mükafatı Əbülfəs Qarayev təqdim edib Yazıçıya mükafatı Əbülfəs Qarayev təqdim edib

Çingiz Abdullayevə “Şərəf” ordeni təqdim olundu

Yazıçıya mükafatı Əbülfəs Qarayev təqdim edib

Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevə “Şərəf” ordeninin təqdimatı mərasimi keçirilib.

Dünya şöhrətli yazıçıya mükafatı mədəniyyət naziri Əbülfəs Qarayev təqdim edib.

Çingiz Abdullayev Prezident İlham Əliyevə minnətdarlığını bildirib: "Oxucularıma da kitablarımı oxuduqlarına görə təşəkkür edirəm. Bu günə qədər, yəni son üç gündə 6 ölkə məni mükafatlarla təltif edib. Buna baxmayaraq, mənim üçün ən yüksək mükafat Azərbaycan dövlətinin verdiyi ordendir".

Xatırladaq ki, Prezident İlham Əliyev Çingiz Abdullayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində xidmətlərinə görə Çingiz Akif oğlu Abdullayev “Şərəf” ordeni ilə təltif edilib.(report.az)

AzNews.az