Viktor Hüqonun “Notr-Dam-de-Paris” əsərinin satışı artıb

Bu barədə “BFM TV” telekanalı məlumat yayıb.

Ötən gün Notr-Dam kilsəsində baş verən yanğından sonra fransız yazıçı Viktor Hüqonun məşhur “Notr-Dam-de-Paris” əsəri “Amazon” saytında 10 ən populyar kitab siyahısına daxil olub.

Bu barədə “BFM TV” telekanalı məlumat yayıb.

Məlumata görə, Paris üzrə bələdçi kitabçaların satışında da artım müşahidə olunur.

Telekanalın xəbərinə görə, oxşar hadisə 2015-ci il noyabrın 13-də baş verən terror aktından sonra yaşanıb. Belə ki, o vaxt Ernest Heminqueyin “Həmişə səninlə olan bayram” kitabının satışı artmışdı.(ona.az)

AzNews.az